...

Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib (YENİLƏNİB)

Siyasət Materials 12 İyun 2019 12:01 (UTC +04:00)
Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib
Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq bildirildi, Rene Van der Lindenin əməkdaşlığımızın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat sahəsində Niderland şirkətlərinin iştirakının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, gələcək əməkdaşlıq məsələlərindən danışıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti