Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində məcburi köçkünlərin tədbirində iştirak edib (FOTO)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində məcburi köçkünlərin tədbirində iştirak edib (FOTO)

Bakı. Trend:

Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.

"Burada toplaşanların bir arzusu var - ərazi bütövlüyümüzün tezliklə bərpası". Bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dedi. Komitə sədri ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.

Sonra konsert proqramı təqdim edildi.

Tədbirə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da gəldilər.

Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq oldu.

Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, "Şuşanın dağları" ansamblının ifaları səsləndi.

Məcburi köçkünlər qarşısında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva dedi:

-Hörmətli soydaşlar.

Əziz bacılar və qardaşlar.

Məni bugünkü məclisə dəvət etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Bu gün ad günümdə sizinlə bərabər olmaq, doğma insanların əhatəsində olmaq mənim üçün çox xoşdur.

Əminəm ki, sizin hər birinizin qəlbində yaşayan arzu hər bir azərbaycanlının ən müqəddəs arzusudur - torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Qarabağ torpağında Azərbaycanın üçrəngli bayrağının dalğalanması.

Mən sizin hər birinizə dərin hörmətimi, minnətdarlığımı və məhəbbətimi çatdırıram. Bu gün sizə cənab Prezidentin böyük hörmətini və məhəbbətini çatdırıram. Bildiyiniz kimi, uzun illərdir ki, məcburi köçkünlərin və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması dövlətimizin ən prioritet məsələlərindən biridir. Bu illər ərzində bu sahədə çox işlər görülüb. Məcburi köçkünlərin, bizim əziz soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin borcudur. Azərbaycan dövləti bu yolda çox böyük nailiyyətlər əldə edib.

Altmış minə yaxın soydaşımız yeni mənzillərlə təmin olunub. Ötən il 5900 qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə təmin edilib. Bu il 6 minə yaxın yeni mənzil istifadəyə veriləcək. "Qobu Park-2" yaşayış qəsəbəsində işlər bu yaxınlarda tamamlanacaq və yenə də 1300 məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşacaq. Amma bu, müvəqqətidir. Çünki bir daha deyirəm, bizim arzumuz başqadır. Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir.

Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq. Çox sağ olun.

Sonra xatirə şəkli çəkdirildi.

Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdılar. Onlar dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildirdilər, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladılar.

Birinci vitse-prezidentə "Şuşanın qalası" rəsm əsəri hədiyyə edildi.

Mehriban Əliyeva hər zaman qaçqınların və məcburi köçkünlərin diqqətini hiss etdiyini deyərək, bundan sonra da dövlətin onların yanında olacağını vurğuladı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış 1 milyondan çox soydaşımızın bütün qayğıları, sosial problemləri, münaqişənin siyasi cəhətdən həlli Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir, bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Onlar üçün müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınır, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, məşğulluqlarının təmin olunması üçün xüsusi dövlət proqramları qəbul edilib və uğurla həyata keçirilir. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi keçirdiyi ilk müşavirə də Bakı və Sumqayıt şəhərlərində qəzalı və yararsız binalarda yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi məsələsinə həsr edilmişdi və bununla bağlı ciddi tədbirlər görüldü.

Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu 
Şurasının sədr müavini seçilib
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi (FOTO)
Loading Bars
Xəbər lenti
Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
Ermənilərin atəşi nəticəsində kənd sakinlərinə ciddi ziyan dəyib
XİN: Azərbaycanlı mülki şəxsin öldürülməsi qanlı cinayətdir
Peskov: Kreml Azərbaycan-Ermənistan sərhədindəki atışmalardan dərin narahatdır
Müdafiə Nazirliyi: Cəbhə bölgəsində əsgər və əhalinin əhval-ruhiyyəsi yüksəkdir
Vaqif Dərgahlı: Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır (YENİLƏNİB)
Bəzi rayonlarda leysan yağıb, çaylardan sel keçib
İtaliya dövlət katibi: BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri yerinə yetirilməlidir
İranda koronavirusa yoluxanların sayı 260 min nəfəri keçib
KTMT Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb
Sabah yağış, bəzi yerlərdə isə leysan gözlənilir
Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək
Azərbaycan Ordusunun iki mayoru, iki giziri və bir əsgəri şəhid olub
General-mayor və polkovnik şəhid olub - RƏSMİ
Nazir müavini: Hazırda döyüşlər davam edir, düşmənin canlı qüvvəsi və texnikası məhv edilir (YENİLƏNİB)
Azərbaycan Dünya Bankının hesabatında təcrübəsinə ən çox istinad edilən ölkə olub
Müdafiə Nazirliyi: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib (VİDEO)
Ermənilər Tovuzun kəndlərini atəşə tutdu, kənd sakini həlak oldu
Pakistan XİN: Ermənistan təxribatçı hərəkətlərlə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısını almağa çalışır
Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlanıb (FOTO)
Pandemiyanın Azərbaycanda turizmə təsiri - 2 dəfədən çox azalma olub
Britaniya İcmalar palatası: Erməni təcavüzü Dağlıq Qarabağ münaqişəsini gücləndirir
Milli Məclisin sədri ermənilərin Tovuz istiqamətindəki təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanladı
Prokurorluq Naftalanda 3 nəfərin ölümünə səbəb olan yol qəzası ilə bağlı açıqlama yayıb
Yollarda motosiklet qəzaları niyə artır?
İran zəfəran istehsalını artırıb
Qubada karantin rejimini pozub futbol oynayanlar cərimələndi (FOTO)
Saray qəsəbəsinin mərkəzi yolu təmir edilib (FOTO)
UNEC-in Zaqatala filialında konfrans: “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” (FOTO)
PAŞA Bankın dəstəyi ilə “İxracını tamamla” adlı onlayn seminar keçiriləcək
AQTA 229 müəssisədə reyd keçirib, 81 müəssisədə pozuntu aşkarlanıb (FOTO)
Ermənistan yenidən Dondar Quşçu kəndində yaşayış evlərini atəşə tutub (ƏLAVƏ OLUNUB) (FOTO)
385 avtomobilin postlardan icazəsiz keçmək cəhdinin qarşısı alınıb - DYP
Hikmət Hacıyev: Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir (VİDEO)
Ermənistanda koronavirusdan ölənlərin sayı 581-ə çatıb
Əmək qanunvericiliyi ilə bağlı 352 hüquq pozuntusu aşkarlanıb
Karantin rejimini pozan şəxslərdən narkotik aşkar edildi (FOTO)
Bakıda 21 yaşlı qız psixotrop dərman içib öldü
İyulun 20-dən sonra növbəti buraxılış imtahanları keçirilə bilər - DİM
Bakıda itkin düşən 27 yaşlı qadın Türkiyədə tapıldı
İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək
Bakıda "Hyundai" "KamAz"a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi
Bakıda 2 yaşlı uşaq evin balkonundan yıxılıb öldü
Leysan Quba-Xınalıq avtomobil yolunu dağıdıb, hərəkət çətinləşib (FOTO/VİDEO)
ABŞ Azərbaycan-Ermənistan sərhədində əməliyyatları dayandırmağa çağırır
Azərbaycanda pandemiya dövründə bu sahələr inkişaf edir, yeni şirkətlər yaranır
Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib
Cavid Osmanov: Ermənistan daxilində ciddi böhrandan diqqəti yayındırmaq üçün sərhəddə təxribat törədir
Ermənistan artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəsi 74 dəfə pozdu
Bakıda axtarışda olan qadın mənzildən oğurluq edib
Ermənilər Tovuzun kəndlərini yenidən atəşə tutdu
Dünyada sutka ərzində 190 minə yaxın koronavirusa yoluxma halı qeydə alınıb
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Akademik: Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır
Koronavirusa yoluxan Braziliya prezidenti tezliklə işə qayıtmağı düşünür
ABŞ-ın hərbi gəmisində baş verən yanğında xəsarət alanların sayı 59-a çatıb
Futbol üzrə İspaniya çempionatında "Real" "Qranada"nı məğlub etdi
Braziliyada son sutkada 20 mindən çox koronavirusa yoluxma halı qeyd alınıb
Tramp Dudanı yenidən seçilməsi münasibətilə təbrik etdi
Fuat Oktay: Hər zaman səninləyik Azərbaycan
Hikmət Hacıyev: Hərbi avantyura ilə Ermənistan bu münaqişəyə hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır
Dünyada koronavirusa yoluxanların sayı 13 milyon nəfəri keçib
Azərbaycan-Ermənistan sərhəddində son vəziyyət: Ermənistan atəşkəsi yenə pozur (VİDEO)
XİN: Sərhəddə baş verən təxribatın arxasında duran Ermənistan rəhbərliyi öz nasist xislətini üzə çıxarır
Elmar Məmmədyarov və Cozef Borel arasında telefon danışığı olub
Arzu Nağıyev: Hazırda Azərbaycan Ordusu vəziyyətə nəzarət edir, sakinlər arasında bir qorxu, panika yoxdur (VİDEO)
Hikmət Hacıyev: Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır (VİDEO)
Ukrayna XİN: Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır
Mövlud Çavuşoğlu: Can Azərbaycana canımız fəda (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Əhalisinin 30 faizinin işsiz və hər 3 nəfərindən biri yoxsul olan Ermənistan belə təxribatlarla sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır - Deputat
Ermənilərin atdığı top mərmisi bu evə düşüb (FOTO)
Düşmənin bir neçə hərbi obyekti və texnikası darmadağın edilib - RƏSMİ (VİDEO)
GUAM Ermənistan Silahlı Qüvvələrinin Tovuz bölgəsinə hücumlarını pisləyir
Cəlilabadda ev yanıb
Balakəndə müxtəlif təyinatlı bir neçə obyekt yanıb
Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
ATƏT-in Minsk Qrupu Ermənistan - Azərbaycan sərhədindəki insidentlə bağlı bəyanat yayıb
Mətbuat Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat yaydı
Leysan yağışlar bu rayonlarda sel yaradıb - FAKTİKİ HAVA
Rasim Quliyev: Zaman Azərbaycanın xeyrinə işləyir
Ermənistan tarixin ən böyük məğlubiyyətini yaşayacaq - Firdovsi Umudov
Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb
Azərbaycan, Əfqanıstan və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib (FOTO)
İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrində Ermənistanın təxribatını pisləyən yazılar dərc olunub
COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi Azərbaycana gəlib (FOTO)
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Bəyanat yayıb
Ermənistan silahlı bölmələri Tovuzun kəndlərini D-30 topundan atəşə tutub
Qarabağ həqiqətlərinin dünyada təbliği müzakirə olunub
İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu
Müdafiə Nazirliyi: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur
Rəhim Qazıyev saxlanıldı və barəsində cinayət işi başlanıldı - RƏSMİ
Mingəçevir Dövlət Universitetində “14 iyul 1969-cu il: Tərəqqiyə aparan yolun başlandığı və qüdrətli Azərbaycan dövlətinin bünövrəsinin qoyulduğu gün” mövzusunda elmi konfrans keçirilib (FOTO)
Vüqar Rəhimzadə: Ermənistan bu təxribatlarla işğalçı və təcavüzkar siyasətinin məsuliyyətini üzərindən atmağa cəhd edir
Bərdədə saxta alkoqollu içkilər istehsal edən müəssisə aşkarlandı (FOTO)
Nüfuzlu italyan parlamentarları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər
Prezident İlham Əliyev Emmanuel Makrona təbrik məktubu göndərib
“Bacarıqlı gənclər” festivalı keçiriləcək
Nabil Seyidov: Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir
Şəhidlərimizə görə telekanallar yayımdan musiqili və əyləncəli verilişləri çıxarıb - MTRŞ
Bütün xəbərlər