...

Azərbaycan səfiri MAQATE İdarəçilər Şurasının sədr müavini seçilib

Siyasət Materials 30 Sentyabr 2019 17:59 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarəçilər Şurasının sədr müavini seçilib.

Trend bu barədə agentliyə istinadən məlumat verir.

Onunla birgə Misir səfiri Ömər Amer Yusif də İdarəçilər Şurasının sədr müavini seçilib.

2019-2020-ci illər üçün İdarəçilər Şurasının sədri isə İsveç səfiri Mikaela Kumlin Qranit seçilib. O, bu vəzifədə iordaniyalı Lina əl Hədidi əvəz edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti