...

Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 28 Oktyabr 2019 13:36 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib
Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə son illər Ağdaşda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti