Bakı. Elçin Mehdiyev - Trend:
Arif Hacılı özünü vә ortaqlarını müdafiә etmәk üçün artıq aksiomaları da tәkzib etmәyә çalışır.
Trend-in məlumatına görə, bunu Avropada yaşayan keçmiş Müsavatçı jurnalist Yafəz Əkrəmoğlu Almaniyanın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycanın Müsavat partiyası üzvlərinin "mühacir alveri"nə görə saxlanmasına partiya sədri Arif Hacılının reaksiyası barədə danışarkən deyib.
Jurnalist bildirib: "Sәnәddә açıq göstәrilir ki, "İlham Hәsәn 7 paket (әdәd yox!) içәrisindәki mәlumatlar saxtalaşdırılmış sәnәdi Mehdi Xәlilbәyliyә ötürüb. O da bu sәnәdlәrlә Azәrbaycandan qanunsuz yolla gәtirdiyi miqrantlara Almaniyada siyasi mühacir statusu almağa cәhd edib. Bank hesablarının yoxlanılması vә digәr әmәliyyatlardan sonra mәlum olub ki, onlar 2015-ci ildәn bәri bu yolla әn az 300 min (!) avro pul әldә ediblәr".
İlham Hәsәn Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sәdridir, bu qurumun möhürü dә onun әlindәdir. Hamıya da mәlumdur ki, Müsavat AKM siyasi mühacirlәrә arayışlar verir. Әn azı 200 belә arayışla bağlı mәndә dә sübut var. Bu arayışların әksәriyyәtinin içәrisindәki mәlumatlar da saxtalaşdırılıb (sәnәddә qeyd olunduğu kimi).
Әgәr sәnәddә qeyd olunan 7 paket arayış Müsavat AKM-ә aid deyilsә, kimә aiddir? Bәlkә İlham Hәsәnin әlindә başqa möhürlәr dә var, bizim xәbәrimiz yoxdu? Bәlkә bu arayışlar elә Arif Hacılının imzasıyla verilib? Әgәr belәdirsә, desinlәr bilәk, heç kim dә Müsavat AKM adı hallandırmasın.
300 mim avro yeyintini gizlәtmәk üçün hәr absurda әl atmaq normaldı. Boğulanın saman çöpündәn yapışması kimi".
Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.
Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.