...

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Siyasət Materials 13 Dekabr 2019 10:46 (UTC +04:00)

Bakı. Alpər M. Trend:

Müsavat Partiyası rəhbərinin müavini Səxavət Soltanlı növbədənkənar parlament seçkiləri ilə bağlı "boykot" çağırışları edən AXCP sədri Əli Kərimlini mala ilə sıvadıqdan sonra "ağ yuyub, qara sərib".

Trend-in məlumatına görə, o "Facebook" paylaşımında Əli Kərimlinin seçki qərarları ilə bağlı gətirdiyi əsas arqumentlərin diqqətii çəkdiyini deyib. İlk olaraq bildirib ki, istənilən halda bu seçkilərdə müxalifətin vahid mövqedə olmaması pis haldır:

"Burada verilmiş qərarlara görə biri-birimizi ittiham etməyimiz əlavə vaxt itkisi olduğu üçün qərarla bağlı geniş mübahisə açmaq niyyətim yoxdur. Demək istədiklərim qərarlarla bağlı deyil. Qərarların əsaslandırılması mənə görə mübahisəlidir.

Əli bəy qeyd edir ki, onlar MŞ ("Milli Şura"-red) olaraq boykot qərarını ona görə veriblər ki, xalq belə istəyirdi. Xalq boykot etdiyi üçün onlar da boykot qərarı verdilər. Əli bəy onu da qeyd elədi ki, xalq onların boykot qərarını bəyənməyib, onlar xalqın qərarını bəyənərək bu qərarı veriblər.

İlk baxışdan qulağa xoş gələn bu sözlər məncə ciddi müzakirəlik məsələdir. Əslində, bu yanaşma bir neçə aspektdən müzakirə oluna bilər. Məncə, burada əsas qeyd olunmalı məsələ gətirilən əsas arqumentin siyasi təşkilatların və liderlərin funksiyaları ilə uyğunluq təşkil edib-etməməsidir.

Siyasi liderlərin, təşkilatların əsas vəzifəsi xalqı doğru istiqamətdə, arxasınca aparmaqdır. Xalq liderin dediyi istiqamətdə onun arxasıyca getməlidir. Bizlər- siyasi təşkilatlar xalqın arxasınca gedəcəksə, o zaman xalq bizi neynir? Xalqı arxasınca aparanlara lider deyilmirmi? Nəzəriyyə belə deyir.

“Xalq belə hesab edir deyə, biz də buna uyğun qərar verdik” deməməliyik. O ayrı məsələdir ki, xalqın rəyini ictimai fəal insanlar formalaşdırır, onların da ciddi hissəsi iştirak tərəfdarıdır.

Digər məsələ, məsuliyyəti öz üzərinə götürməli şəxslər və partiyalar xalqın verdiyi qərarları dəstəklədiklərini deməyə başlayarsa, bu məsuliyyəti öz üzərindən xalqın üzərinə yükləmək kimi qiymətləndirilməzmi? Xalqa lazım olanları etmək lazımdır.

Məncə, indiki mərhələdə seçkidə iştirak xalqın da, siyasi təşkilatların da maraqlarına daha çox uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti