...

Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Siyasət Materials 16 Dekabr 2019 09:38 (UTC +04:00)
Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb.
Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində yer alıb

Bakı. Trend:

Amerikanın “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb.

Trend-in məlumatına görə, reytinq ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında (U.S.News) dərc edilib. Siyahı Pensilvaniya Universitetinin “BAV Group и Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilib.

Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.

Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə, bir neçə Avropa ölkəsini – Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti