...

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Siyasət Materials 17 Dekabr 2019 22:29 (UTC +04:00)
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb
Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 17-də başa çatıb.

Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ukrayna Prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti