...

Seçkilərdə akkreditasiyadan keçən yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Siyasət Materials 21 Yanvar 2020 17:06 (UTC +04:00)
Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Seçkilərdə akkreditasiyadan keçən yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin akkreditasiyası davam edir və bu rəqəm artacaq.

MSK sədri qeyd edib ki, Türkiyə, Belarus, Moldova və digər bir sıra ölkələrin Mərkəzi Seçki Komissyalarının sədrləri seçkilərdə iştirak edəcək.

M.Pənahov əlavə edib ki, yerli müşahidəçilərin sayı 30231 nəfərə çatıb. Onlardan 1012- müşahidəçi MSK-da, 29 min 219 nəfəri isə DSK-larda qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti