...

Dağıstan rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 26 Yanvar 2020 17:00 (UTC +04:00)
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana səfər etməyi planlaşdırır
Dağıstan rəhbəri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana səfər etməyi planlaşdırır.

Trend-in "Mirmol"a istinadən verdiyi məlumata görə, bu barədə V.Vasilyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə Mahaçqala-Dərbənd-Bakı sürətli qatarının xəttə buraxılması planlaşdırılır: "Bu istiqamət vətəndaşlar arasında çox məşhur olacaq, çünki bu istiqamətin fəaliyyətə başlama vaxtı ilə bağlı artıq çox suallar gəlir".

V.Vasilyev qeyd edib ki, Dağıstan və Azərbaycan arasında çox yaxın və etibarlı münasibətlər var.

Qeyd edək ki, bu il Mahaçqala-Bakı və Mahaçqala-Tehran birbaşa aviareyslərinin açılışı da planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti