...

AŞ PA anti-Azərbaycan şəbəkənin sosial mediadakı uydurmalarından sənədlər hazırlayır - Ekspert

Siyasət Materials 1 Fevral 2020 12:09 (UTC +04:00)
AŞ PA və digər Avropa qurumları anti-Azərbaycan şəbəkənin sosial mediadakı uydurmalarından sənədlər hazırlayır
AŞ PA anti-Azərbaycan şəbəkənin sosial mediadakı uydurmalarından sənədlər hazırlayır - Ekspert

Bakı. Elçin Mehdiyev – Trend:

AŞ PA-da Azərbaycan əleyhinə növbəti qərəzli dinləmələrin seçkiöncəsi keçirilməsi heç də təsadüfi deyil.

Bunu Trend-ə siyasi şərhçi Tural İsmayılov deyib.

T.İsmayılov bildirib ki, AŞ PA və digər Avropa qurumları anti-Azərbaycan şəbəkənin sosial mediadakı uydurmalarından sənədlər hazırlayır: “Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Azərbaycanda guya “siyasi məhbuslarla” bağlı qəbul etdiyi qətnamədə, öz məruzəçiləri ilə bu ölkənin əməkdaşlığını yüksək qiymətləndirib. Bu qurumların demokratiya və insan hüquqları ilə bağlı narahatlığı ancaq Azərbaycanla əhatə olunur. Təsəvvür edin ki, ölkədə həm daxili mənada, həm də qlobal səviyyədə önəmli layihələr həyata keçirilən kimi, mühüm hadisələr baş vermə ərəfəsində Avropadakı təşkilatlar ölkəmizlə bağlı qeyri-obyektiv münasibət sərgiləməyə başlayırlar.

Onların bu yanaşmaları ölkədəki əhalinin fikirləri, siyasi sferanın mənzərəsi ilə qətiyyən uyğunlaşmır. AŞ PA seçkiyə qatılan onlarla müxalifətçiyə də hörmətsizlik edir. Sanki müxalifət yalnız qanunsuz küçəyə çıxan azsaylı adamlardır və sanki onlardan başqa heç kim doğru danışmır. Erməni lobbisindən maliyyələşən müxtəlif təxribatçı Qərb QHT-lərinin dəfələrlə Azərbaycan əleyhinə verdiyi “bəyanatlar”ı görürük. Heç bir hüquqi qiyməti olmayan siyasi dəllallıq elementlərini də hamı görə bilir. Amma AŞ PA, ATƏT kimi beynəlxalq qurumların 5-6 blogerin sözləri ilə hansısa açıqlamalar verməyi qurumların ciddiliyini şübhə altına salır”.

Ekspertin sözlərinə görə, bu gün Ermənistanda siyasi və hüquqi böhran yaşanır: “Ölkədə Konstitusiya Məhkəməsinin sədri Tovmasyan Paşinyan höküməti tərəfindən siyasi təqiblərə məruz qalır. Dünya tarixində az görünən bir siyasi maskarad baş verir. Amma biz Qərb təşkilatlarından hansısa reaksiyanın şahidi olmuruq. Ermənistanda partiya sədrinin müavini, siyasi məhbus Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib. İnsan hüquqları carçıları yenə Ermənistanı görmək istəmədilər. Həbsxanada ölən partiya sədri müavininin ailə üzvləri, oğlu dəfələrlə beynəlxalq qurumlara müraciət ediblər. Buna baxmayaraq hadisəyə, fakta heç bir reaksiya verilməyib. M.Yeğizaryanın cinayətkar olmadığı, siyasi motivlərə görə həbs olunduğu da artıq təsdiqlənmişdi. Bu cinayət işinə dəfələrlə Paşinyanın müdaxilə etməsini istəyiblər, lakin hər hansı bir formada bu işə müdaxilə olunmayıb. Mher də daxil olmaqla Ermənistanda müxaliflərə qarşı baş verən siyasi vandalizmə də lazımi reaksiyalar verilmir. Ermənistanda təkcə Sasna-Tser olayı və Jirayr Sefilyana görə yüzlərlə adam cinayət təqibinə məruz qalıb, həbs olunub, incidilib”.

Ekspert bildirib ki, Azərbaycanın 1 milyondan çox qaçqınının vəziyyətinə susan beynəlxalq qurumlar ölkənin güclənməyindən və bölgədəki stabilliyindən narahat olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti