...

Mənim seçimim Ziyad Səmədzadədir, ona səs verəcəyəm – Xalq yazıçısı Çingiz Abdullayev (FOTO)

Siyasət Materials 2 Fevral 2020 21:26 (UTC +04:00)
Deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin bu gün, 2 gevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin konfrans zalında 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin sakinləri ilə növbəti görüşü keçirib
Mənim seçimim Ziyad Səmədzadədir, ona səs verəcəyəm – Xalq yazıçısı Çingiz Abdullayev (FOTO)

Bakı. Trend:

Deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin bu gün, 2 gevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin konfrans zalında 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin sakinləri ilə növbəti görüşü keçirib.

Etikxeber.az-ın xəbərinə görə, 300-dən insanın iştirak etdiyi görüş möhtəşəmliyi və izdihamlılığı ilə yadda qalıb.

Görüşdə adıçəkilən Dairənin sakinləri- sadə vətəndaşlar, tanınmış yaradıcı ziyalılar, ədəbiyyat, sənət adamları, ictimai-siyasi xadimlər iştirak ediblər.

Qeyd edək ki, görüş həddindən artıq səmimi və isti ortamda baş tutub.

Görüşə tanınmış ziyalı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi aparıcılıq edib.

O, namizədlə bağlı fikirlərini açıqlayıb, Z. Səmədzadəni yorulmaz, daim hərəkətdə və dinamikada olan şəxsiyyət kimi dəyərləndirib.

Görüşdə AYB-nin digər katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Vahid Əziz, Xalq artisti İlqar Muradov, Daxili işlər nazirinin sabiq müavini, general-mayor Kamil Əliyev, “Xəzər” Səhmdar Cəmiyyətinin prezidenti, iqtisad elmləri doktoru Qüdrət Kərimov, görkəmli ictimai-siyasi xadim Sadıq Murtuzayev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Aydın Heydərov, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, iqtisad elmləri doktoru Vahid Novruzov, gənc alim, Z. Səmədzadənin yetişdirməsi Elnur Məhərrəmov, Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, əczaçılıq elmləri doktoru, professor Məhbubə Vəliyeva və deputatığa namizədin qızı, Xalq artisti Aygün Səmədzadə çıxış ediblər.

Onlar Z. Səmədzadənin ictimai-siyasi, elmi, qanunvericilik fəaliyyətindən, dövlətə və dövlətçiliyə sədaqətindən danışıb, ziyalılığından, insanlığından bəhs ediblər və 23 saylı Dairənin seçiçilərini növbəti dəfə onu dəstəkləməyə çağırıblar.

Bütün natiqlərin çıxışları gurultulu alqışlarla qarşılanıb.

Eyni zamanda, deputatlığa namizədin özü çıxış edərək, hər kəsə dəstəyinə və səmimi sözlərinə görə, minnətdarlığını idafə edib, seçiləcəyi təqdirdə, bir daha Azərbaycan xalqı və dövlətinin milli maraqları naminə fəaliyyətini davam etdirəcəyini, daim seçicilərinin səsi olacağını bildirib.

Görüşlə bağlı geniş yazını yaxın günlərdə təqdim edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti