Bakı. Elçin Mehdiyev - Trend:
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə parlament seçkilərinə hazırlıq prosesini izləməyə başlayıb.
Trend-in məlumatına görə, missiyaya Təşkilatın Baş katibinin müavini Şerali Conon rəhbərlik edir.
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıda və Abşeron yarımadasının digər yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində və ətraf ərazilərdə fəaliyyət göstərəcək.
Missiya fevralın 3-dən 10-dək fəaliyyətini davam etdirəcək.