...

TDƏŞ-nın XİN Şurasının iclasında müzakirə edilən məsələlər açıqlandı

Siyasət Materials 6 Fevral 2020 13:37 (UTC +04:00)
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında bir sıra mühüm məsələlər müzakirə edilib.
TDƏŞ-nın XİN Şurasının iclasında müzakirə edilən məsələlər açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında bir sıra mühüm məsələlər müzakirə edilib.

Trend-in məlumatına görə, bunu iclasdan sonra jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

Nazir müavini qeyd edib ki, görüşdə, həmçinin Dağlıq Qarabağ məsələsi müzakirə olunub.

Onun sözlərinə görə, iclasda üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilə əməkdaşlıq etmək istəyən ölkələrlə bağlı məsələ müzakirə edilib.

Qeyd edək ki, fevralın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçirilib.

Tədbirdə bir sıra məsələlər, o cümlədən təşkilata üzv olmayan ölkələrlə əməkdaşlıq müzakirə olunub.

2019-cu ilin oktyabrın 13-14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Oktyabrın 15-16-da isə Türk Şurasının 7-ci sammiti baş tutub. Sammitdə Özbəkistan quruma üzv qəbul olunub.

Xatırladaq ki, türk ölkələrini birləşdirən beynəlxalq təşkilat - Türk Şurası 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda yaradılıb. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin (Türk Birliyinin) bayrağı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti