...

Gürcü deputat: Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir

Siyasət Materials 9 Fevral 2020 18:21 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir
Gürcü deputat: Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir

Bakı. Tamilla Məmmədova - Trend:

Azərbaycanda parlament seçkiləri azad, müstəqil və demokratik mühitdə keçir.

Bunu Trend-ə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının deputatı Otar Daneliya deyib.

O bildirib ki, Bakıda bir neçə seçki məntəqəsində olublar:

“Həm mərkəzdə, həm də şəhər kənarındakı seçki məntəqələrində müşahidə aparmışıq, heç bir pozuntu halı aşkar etməmişik”.

Deputatın sözlərinə görə, hələlik hər hansı bir mənfi hal qeydə alınmayıb.

O əlavə edib ki, müşahidəçilər hörmətlə qarşılanıb, monitorinq üçün bütün şərait yaradılıb və Azərbaycan bununla fəxr edə bilər.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti