...

Qazaxıstanlı müşahidəçi: Vətəndaşlar fəaldır və demokratiyanı dəstəkləmək niyyətindədir

Siyasət Materials 9 Fevral 2020 19:52 (UTC +04:00)
Azərbaycanda seçki məntəqələrində yüksək təşkilatçılıq və hazırlıq səviyyəsi hiss olunur
Qazaxıstanlı müşahidəçi: Vətəndaşlar fəaldır və demokratiyanı dəstəkləmək niyyətindədir

Bakı. Nigar Orucova - Trend:

Azərbaycanda seçki məntəqələrində yüksək təşkilatçılıq və hazırlıq səviyyəsi hiss olunur:

Bunu Trend-ə MDB müşahidəçilər missiyasının qazaxıstanlı üzvü Mədinə Marqaliyeva deyib.

O bildirib ki, bu gün Bakının Nizami rayonunda iyirmiyə yaxın seçki məntəqəsində olublar:

“Seçki məntəqələrində yüksək təşkilatçılıq və hazırlıq səviyyəsini qeyd etmək istəyirəm. Hər şey ən xırda detalına kimi düşünülüb, müasir informasiya texnologiyaları tətbiq olunur. Seçki komissiyalarının üzvləri çox dəqiq və nəzakətlə işləyir. Azərbaycan vətəndaşları da fəaldır və ölkədə demokratiyanı dəstəkləmək niyyətindədir”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti