...

Gürcüstan MSK: Azərbaycanda parlament seçkiləri uğurla keçirilib

Siyasət Materials 9 Fevral 2020 22:25 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri uğurla keçirilib.
Gürcüstan MSK: Azərbaycanda parlament seçkiləri uğurla keçirilib

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda parlament seçkiləri uğurla keçirilib.

Trend-in məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Georqi Şarabidze deyib.

O qeyd edib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidə aparıb:

"Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirləri görmüşdü və bütün qaydalara əməl olunurdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

Gürcüstan MSK sədrinin müavini əlavə edib ki, seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımı şərait yaradılmışdı:

“Baxmayaraq ki, bu, növbədənkənar seçkilər idi, seçkilərə hazırlıq müddəti məhdud idi, Azərbaycan MSK bütün tədbirləri seçki qanunvericiliyinə uyğun həyata keçirmişdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməsinə lazımı şərait yaradılmışdı. Seçkiləri müşahidə etmək üçün hər hansı maneə ilə rastlaşmadıq”.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.

Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti