...

Seçki prosesinin pozulmasına şərait yaradılmamışdı - Britaniyalı müşahidəçilər (FOTO)

Siyasət Materials 10 Fevral 2020 10:17 (UTC +04:00)
Böyük Britaniyanın Müşahidə Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib.
Seçki prosesinin pozulmasına şərait yaradılmamışdı - Britaniyalı müşahidəçilər (FOTO)

Bakı. Samir Əli - Trend:

Böyük Britaniyanın Müşahidə Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib.

Trend-in məlumatına görə, 6 nəfər səlahiyyətli şəxsdən ibarət missiya ortaq mətbuat konfransı keçirib. Piter Duqlas Benk Böyük Britaniyanın Müşahidə Missiyasının ortaq açıqlamasını təqdim edib:

"Seçkilərin müşahidəsi ilə bağlı cümə günü Bakıya gəldik. Məntəqələrə qrup şəklində getməmişdik. Ayrı-ayrılıqda 7 məntəqəyə baş çəkdik. 5-ci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirik. Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bu zaman ərzində prosedurlarda ciddi dəyişikliklərin şahidi olmamışam. Bizdə yüksək təəssüratı seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaradıb. Müşahidəçilərin 80 faizi qadın idi".

Britaniyalı müşahidəçilər seçkilərdə qeyd etdikləri müsbət məqamları da açıqladılar: "Siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat vardı. Düşünürük ki, Britaniya da daxil olmaqla, bir çox ölkədə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Seçki prosesinin pozulmasına isə şərait yaradılmamışdı. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. 800-dən artıq xarici müşahidəçinin dəvət olunması hökumətin prosesə nə dərəcədə fəal hazırlığının göstəricisidir. Məntəqələrdə ciddi pozuntu yox idi".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti