Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü

Hikmət Hacıyev: Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü

Bakı. Trend:

Bildiyiniz kimi, ötən gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr təşkil olundu. Əvvəllər Münxen Təhlükəsizlik Konfransının Təşkilat Komitəsi tərəfindən Azərbaycan dövlətinin rəhbərliyi ilə Ermənistan dövlətinin rəhbərliyi arasında Qarabağ münaqişəsinin müzakirəsi məsələsi irəli sürülsə də, Ermənistan tərəfi bu təklifdən yayınırdı. Bu dəfə isə razılıq verdilər. Nəticə etibari ilə, Prezident İlham Əliyev tərəfindən Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün aspektləri, yəni tarixi, siyasi, hüquqi və münaqişənin həlli prosesi prinsipial, qəti, əzmli və əsaslandırılmış bir formada Münhen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə, həmçinin də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini və yalana əsaslanan tezislərinin darmadağın olduğunu, eləcə də ifşasını aydın şəkildə gördü.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Prezident İlham Əliyevin “mən buraya gəlmişəm həqiqəti söyləməyə” fikrinə toxunaraq qeyd edib ki, sözün əsl mənasında, münaqişənin həlli istiqamətində əsl həqiqətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bunun fonunda Ermənistan baş nazirinin özünü müdafiə edəcək formada çıxışlarını və bu çıxışlarla özünü gülünc formaya salmasını, özü-özünü ifşa etməsini bir daha görmüş olduq.

“Prezident İlham Əliyev tərəfindən Dağlıq Qarabağın tarixi ilə bağlı geniş bir arayış verildi. Bu proses çərçivəsində ermənilərin Dağlıq Qarabağda maddi-mədəni irsinin olmaması, Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə, Xocalı soyqırımı və digər münaqişənin həlli prosesi ilə bağlı olan məqamlar açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Eyni zamanda münaqişənin həlli ilə əlaqədar beynəlxalq auditoriya tərəfindən hər iki tərəfə suallar ünvanlandı. Dövlətimizin başçısı tərəfindən münaqişənin həlli ilə bağlı Azərbaycanın baxışı, münaqişənin məhz BMT TŞ qətnamələri əsasında mərhələli şəkildə həlli bir daha qeyd olundu. Həmçinin Ermənistan baş naziri ənənələrinə sadiq qalaraq yalanlar söyləməyə və münaqişənin əsl mahiyyətini təhrif etməyə çalışarkən, dövlətimizin başçısı o məqamda qeyd etdi ki, Ermənistanın sülh tərəfdarı və sülh iddiasında olması absurddur. Elə həmin gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan əsgərinin öldürülməsi riyakarlığın, Ermənistanın yürütdüyü riyakar siyasətin növbəti bir nümunəsi idi. Həmçinin burada Ermənistan baş naziri xalqların öz müqəddəratını təyinetmə prinsipini təhrif etməyə çalışırdı. Dövlətimizin başçısı bu prinsipin əsl mahiyyətini izah edərək qeyd etdi ki, erməni xalqı artıq bu hüququndan istifadə edərək Ermənistan adlı dövlətini yaradıb. Azərbaycan dövləti öz ərazisində bu hüququn istifadə edilməsinə imkan verməyəcək, buna lüzum da yoxdur. Ermənistan harada istəyirsə, orada bu hüququndan istifadə edə bilər”.

Hikmət Hacıyev vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı beynəlxalq gündəlikdə duran qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunduğu vacib platformadır. Məhz dövlətimizin başçısı tərəfindən bu tezislər yəni münaqişənin həllini təşkil edən tutarlı arqumentlər, təhlillər Münxen Təhlükəsizlik Konfransı kimi mühüm platformada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

“Bunun fonunda isə biz bir daha Ermənistanın yalanlarının ifşasını görmüş olduq. Bu hər bir Azərbaycan vətəndaşının qürur duyacağı bir məqam idi. Prezidentimiz tərəfindən mühüm platformada Azərbaycan dövlətinin maraqları ləyaqətlə qorunur.

Hikmət Hacıyev əlavə edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi hər bir görüş məzmunlu idi: “Burada mən xüsusi ilə Dünya Bankının İcraçı Direktoru ilə olan görüşü qeyd etmək istərdim. Dünya Bankı tərəfindən ölkəmizdə keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, Azərbaycanda yoxsulluğun aradan qaldırılması istiqamətində ölkəmizin nailiyyətləri yüksək səviyyədə təqdir edildi. Digər dünya ölkələri üçün bir fakt kimi qeyd olundu. Həmçinin Beynəlxalq Böhran Qrupunun rəhbərliyi ilə olan görüşü də qeyd etməliyik. Bu görüşdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni fəaliyyətlər də geniş şəkildə müzakirə olundu”.

Azərbaycan biznesinə dəstək tədbirləri orta müddətli dövrü əhatə edəcək
Azərbaycan biznesinə dəstək tədbirləri orta müddətli dövrü əhatə edəcək
Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır
Azərbaycanda yeni toxum sortlarının yaradılması planlaşdırılır
Azərbaycanda sənaye məhsulu istehsalı artıb
Azərbaycanda sənaye məhsulu istehsalı artıb
Loading Bars
Xəbər lenti
"Barselona" futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək
BİRLink geniş çeşidli TV paketinin pulsuz yayımı müddətini artırdı
Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib
Əlahiddə Ümumqoşun Ordunun dağlıq bölmələrində möhkəm müdafiə potensialı yaradılıb (FOTO)
Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi
Sumqayıtda xüsusi karantin rejiminə nəzarət üçün mobil qruplar yaradılıb (FOTO/VİDEO)
Təhsil Nazirliyi: Tələbələr məsafədən təlim-tədris prosesinə öz töhfələrini verməlidir
Heydər Əliyev Fondu koronavirus infeksiyası ilə mübarizə sahəsində bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib (FOTO/VİDEO)
"Azərkosmos" Tacikistanda keçirilən tenderin qalibi olub
"Bibiheybət yolu"nda tikinti-bərpa işlərinin sonuncu mərhələsinə başlanılıb (FOTO)
Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb
İndoneziyalı jurnalist Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan “seçkiləri” ləğv etməyə çağırıb
Zakir Fərəcov sakinləri Operativ Qərargahın qərarlarına riayət etməyə çağırdı
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” fərmanda dəyişiklik edib
Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir
BŞİH: Bakı yollarında yeni yuyucu vasitədən istifadə olunur (FOTO/VİDEO)
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi - FƏRMAN
“Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Sazişə dəyişikliklər təsdiqləndi
Hüseyin Altınalan: Ermənistan quldurcasına addımlar atmaqdan çəkinməli və işğal etdiyi ərazilərdən çıxmalıdır
Məşhurlardan vətəndaşlara növbəti çağırış (VİDEO)
Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi
Martın 31-də dolların manata qarşı məzənnəsi
Mağaza və avtomobillərdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı
İlyas Hüseynov: Məsuliyyətsiz davranan, qaydaları pozan insanlar cəzalandırılmalıdır
Bakı metrosunda daha bir nəzarət mexanizmi tətbiq edilib (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Xətaidə evdən kişi meyiti tapılıb
BMTM: Qondarma seçkilər işğal faktına legitimlik donu geyindirmək üçün atılan növbəti uğursuz cəhddir
Azərbaycanda daha 64 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 11 nəfər sağalıb
Yer kürəsinə Atlas kometi yaxınlaşır
Sosial məsuliyyətdən çıxış edən “Binə Aqro”, “İSR Holdinq” və “A-Qrup Sığorta”dan tənha ahıllara qayğı
“Təmiz Şəhər” dezinfeksiya işlərini intensivləşdirib (FOTO)
UNEC-də növbəti yenilik
Avropa Komissiyası “Şərq Tərəfdaşlığı” ölkələrinə koronavirusla mübarizə üçün 140 milyon avro ayırır
Dövlət Gömrük Komitəsinin ünvanına səsləndirilən ittihamlara aydınlıq gətirildi (VİDEO)
AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır (VİDEO)
Hava daşımaları ilə bağlı qərara dəyişiklik edildi
Baş Nazir nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalara dəyişiklik etdi
DİN: Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir (FOTOVİDEO)
Mais Səfərli: Koronavirusla mübarizənin ən yaxşı əlacı "evdə qal, sağlam ol" çağırışına əməl etməkdir
Daxili Qoşunların hərbi qulluqçuları polislə birgə xidmətə cəlb edildilər
Ukraynada qalan soydaşlarımızın zəruri ehtiyacları təmin olunub (FOTO)
Səhiyyə Nazirliyindən spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ
Şimali Amerikada neft emalı zavodları bağlanır
Pakistanın İnsan Haqları üzrə Milli Komissiyası Azərbaycanın işğal olunmuş ərazilərində qondarma "seçkilər"i pisləyib
Ermənistanın daha bir hərbçisi koronavirusa yoluxdu
Gəncədə ahıl vətəndaşlara yardım paylanılıb (FOTO/VİDEO)
İspaniya koronavirusa yoluxanların sayına görə Çini keçdi
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək
AMEA-nın əməkdaşları məzuniyyətə göndərildi
Türkiyə beynəlxalq təşkilatları Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot etməyə çağırdı
"Equinor” şirkəti “Qarabağ” yatağının işlənməsində iştirakını təsdiqlədi
Şamaxıda ölümlə nəticələnən yol qəzası olub
Rusiya Azərbaycana koronavirusun laborator diaqnostikası üçün 70 test sistemi təhvil verib
İranda daha 3 186 nəfər koronavirusa yoluxub
İranda ötən həftə təbii fəlakət nəticəsində 19 nəfər ölüb
Hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb
Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir (FOTO)
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Azərbaycanda yeni medal təsis edilir
Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik təsdiq edildi
Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu
Avstraliya hökuməti işini itirən vətəndaşlara təzminat ödəyəcək
Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu (FOTO)
Sabah Bakıda 19 dərəcə isti olacaq
Azərbaycanın bir sıra ölkələrlə sazişləri təsdiq edildi
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
Azərbaycan Formula 1-in təxirə salınması ilə əlaqədar birbaşa maliyyə itkiləri ilə qarşılaşmayıb
Rezidentlər üçün sınaq imtahanı ödənişsiz oldu
Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərində veriləcək
Ramin Məmmədov: Biz dəfələrlə bu cür taleyüklü anlarda Azərbaycan xalqının bir yumruq kimi birləşdiyinin şahidi olmuşuq
Milli Məclis yanında Toponimiya Komissiyasının yeni üzvləri məlum oldu
SOCAR: Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb
65 yaşdan yuxarı insanlara qoyulan məhdudiyyətlər deputatlara şamil edilməyəcək
Spiker: Deputatların iclaslarda tibbi maskalardan istifadə etmələri özlərindən asılıdır
Teledərslərin sabahkı cədvəli açıqlanıb
DİM vətəndaş qəbulunu müvəqqəti dayandırdı
Yelo Bank kapitalını 30 milyon manat atrırır
Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi
Milli Məclisin iclasında Azərbaycan həkimləri alqışlandı
Bakı Slavyan Universitetində online dərslər davam etdirilir
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək
Yaponiya sərhədləri bağlayır
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib (FOTO/VİDEO)
Koronavirusla mübarizədə həyatını itirən həkimlərə xüsusi status verilməlidir – TƏKLİF
Bir sıra işçilər üçün icbari tibbi sığorta haqları ilə bağlı güzəştlərin müddəti artırıldı
Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov
Milli Məclis Azərbaycanda icbari tibbi sığortanın tətbiqi müddətinin uzadılmasını təsdiq etdi
Siyavuş Novruzov: Biz üç virusa qarşı mübarizə aparırıq
Azərbaycanda hərbi xidmətə çağırış müddəti mayın 31-ə qədər uzadıldı
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahiş edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
Milli Məclisin sədri: Hamı virusa qarşı mübarizədə fəal iştirak etməli, verilən bütün tövsiyələrə əməl etməlidir (ƏLAVƏ OLUNUB)
Lənkəranda ağac kəsən şəxs cəzalanıb
Tacikistanda oxumaq istəyənlər üçün proqram elan edildi
ABŞ-da tibbi maskaların təkrar sterilizasiyasını mümkün edən qaydalar təsdiqlənib
Bakıda karantin qaydalarını pozan 428 nəfər cəzalandırılıb
Bank Respublika Prezidentin təşəbbüsünü dəstəklədi
Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib
Şəkidə karantin rejimini pozan kafe aşkarlanıb (FOTO)
"Toyota" Avropadakı zavodlarını bir müddət bağlı saxlayacaq
Bütün xəbərlər