...

Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

Siyasət Materials 21 Fevral 2020 18:32 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.
Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 9 saylı Binəqədi İkinci seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 20 saylı məntəqədə öz təsdiqini tapıb. O bildirib ki, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti