...

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)

Siyasət Materials 22 Fevral 2020 16:14 (UTC +04:00)
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib
Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib (FOTO)

Bakı. Trend:

Berlində Ümumavropa Qarabağ mitinqi keçirilib.

Trend-in məlumatına görə, mitinq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində keçiriləcək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar təşkil olunub.

Brandenburq qapıları qarşısındakı Paris meydanı adlandırılan ərazidə saysız-hesabsız Azərbaycan bayrağı dalğalanıb. Mitinqçilər əllərində "Qarabağ Azərbaycanındır!", "Terrora və işğala yox deyirik!", "Xocalılı uşaqların cəlladlarının məhkəməsini tələb edirik!", "Ermənistan Qarabağın işğalına son qoymalıdır!", "İşğala dayan deyirik!", "Qarabağ əcdadlarımızın torpağıdır!" sözləri yazılmış şüarlar nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti