...

Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 28 Fevral 2020 18:58 (UTC +04:00)
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.
Naxçıvan Qarnizonu Qoşunlarında kompleks məşq keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən qoşunların müxtəlif dərəcəli döyüş hazırlığına gətirilməsi məqsədi ilə kompleks məşq keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşq çərçivəsində qoşunların bir hissəsi praktiki fəaliyyətlərə cəlb edilib.

Stasionar və səhra idarəetmə məntəqələri açılaraq müasir avadanlıq və vasitələrlə idarəetmə təşkil edilib.

Şərti düşmənin qəfil hücumlarının qarşısının alınması və kəşfiyyat-diversiya qruplarının məhv edilməsi üzrə qəbul edilmiş qərarlara uyğun olaraq aidiyyatı bölmələr fəaliyyət göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti