...

Azərbaycan QDİƏT PM tədbirlərində təmsil olunacaq

Siyasət Materials 2 Mart 2020 13:36 (UTC +04:00)
Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.
Azərbaycan QDİƏT PM tədbirlərində təmsil olunacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, qurumun Reqlament üzrə işçi qrupunun toplantısında QDİƏT PM-nin Nizamnaməsinə təklif olunan dəyişikliklər barədə məsələyə baxılacaq.

Təşkilatın Parlament Məclisinin Daimi Komitəsinin xüsusi iclasında bununla bağlı müzakirələr aparılacaq.

Musa Quliyev yığıncaqlarda çıxış edəcək, məsələyə dair öz fikirlərini açıqlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti