...

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı (FOTO)

Siyasət Materials 11 Mart 2020 20:54 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı (FOTO)

Bakı. Trend:

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri martın 11-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti