...

Gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər - Milli Məclis təsdiq etdi

Siyasət Materials 17 Mart 2020 13:05 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər.

Trend-in xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər.

Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Hüquqi şəxslər 2000 manatdan 5000 manatdək cərimə ediləcəklər.

Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti