Tarixçi: 1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi

Tarixçi: 1918-ci ildə Azərbaycanda həyata keçirilən qətl və talanlar xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi

Bakı. İlhamə İsabalayeva – Trend:

Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin ən qanlı nümunələrindən biridir.

Bunu Trend-ə tarixçi Tural Vəlizadə deyib.

1918-ci ildə Bakı şəhərində bolşevik-daşnak alyansı tərəfindən azərbaycanlılara qarşı törədilən mart soyqırımından 102 il keçdiyini xatırladan tarixçi qeyd edib ki, bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub:

"Bakıda mart soyqırımı hələ 1917-ci ilin sonlarında “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Təbii ki, Bakı Xalq Komissarları Soveti tərəfindən, xüsusən onun sədri Stepan Şaumyanın şəxsi istəyi nəticəsində istər Bakıda, istərsə də Azərbaycanın digər bölgələrində həyata keçirilən bu qətl və talanlar milli istiqlalımıza qarşı yönəlmişdi və xüsusi qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi. 1918-ci il martın ayının 15-də çıxış edərkən “Bakı Soveti Zaqafqaziya vətəndaş müharibəsinin mərkəzinə və istehkamına çevrilməlidir”, - deyə Şaumyan yazırdı: “Bizim siyasətimiz – vətəndaş müharibəsidir. Kim bu siyasətin əleyhinə gedir, həmin adamlar düşmənlərimizdir”. 1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən SŞaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardır. Şaumyan heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan bəhs edən bolşeviklər türk-müsəlman əhalinin muxtariyyətini burjuaziyanın muxtariyyəti hesab edirdi. Şaumyan Moskvadan hərbi kömək almaq üçün müraciət etmişdi. Şaumyan Stalinə məktub yazaraq, xahiş edirdi ki, Qafqaz qırmızı ordusunu (erməni ordusunu) təşkil etmək üçün təcili olaraq on milyon manat (rubl) ayırsınlar. Ermənilərdən fərqli olaraq Bakıda türk-müsəlman əhalinin hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə müsəlmanların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən Şaumyan, “Daşnaksütyun” və Erməni Milli Şurası Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr türk-müsəlmanların yaşadığı məhəllələrdə baş verirdi”.

T.Vəlizadə qeyd edib ki, 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıqla qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin türk-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin kütləvi xarakteri ilə səciyyələnirdi. Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən qırğınlar yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhərkənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

Tarixçi vurğulayıb ki, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi:

"Azərbaycan Hökuməti Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli iclasında ermənilərin həyata keçirdiyi soyqırımı aktını geniş və ətraflı müzakirə edərək, “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkili haqqında” qərar qəbul etdi. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. 1918-ci ilin sentyabrında Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı.

Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriyyəti üçün gözlənilməz olub və müsəlman ictimaiyyətinin müxtəlif zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xəyanətindən sarsılmışdılar, çünki onlar “sonuncuları düşmən kimi görmürdülər. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların əksəriyyəti talanlardan bir neçə gün qabaq “ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü” müşahidə etmiş, şəhərin “Ermənikənd” məhəllələrində “ermənilər tərəfindən qazılmış səngərləri” görmüş, ermənilərin “1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq” niyyətləri və “ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları barədə şəhərdə gəzən şayiələri” eşitmişdilər. Andronik və digər erməni-daşnak quldur başçılarının vəhşiliyi nəticəsində Zəngəzur qəzasının türk-müsəlman kəndlərində 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsdən olan 10.068 nəfər öldürülmüş və ya şikəst edilmişdi. Lakin bu rəqəmlər də faciəni tam əks etdirmirdi, reallıqda erməni vəhşiliklərinin sayı daha çox idi, çünki müsəlmanlar qəzadan qaçqın düşdüklərindən qurbanların sayını dəqiq müəyyənləşdirmək mümkün olmamışdı. 1917-ci ildə Zəngəzur qəzasında 123.085 nəfər təşkil edən türk-müsəlman əhali 1926-cı il siyahıyaalınma göstəricilərinə görə say baxımdan heç 5000 nəfər deyildi”.

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Loading Bars
Xəbər lenti
Nərmianovda bina yanır
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Ötən il Bakıda 50 qəsdən adamöldürmə hadisəsi baş verib - Şəhər prokurorluğu
Rusiyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Bakıda tikilməkdə olan binada başlayan yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı Birgə Texniki Komissiyanın növbəti iclası keçirilib
Bakı şəhər prokurorluğunun 14 əməkdaşı cəzalandırılıb
Ötən il Bakıda 6500-ə yaxın cinayət işinin istintaqı tamamlanıb
Bakıda ölümlə nəticələnən yol qəzaları artıb
Ötən il Bakıda 12 min 761 cinayət hadisəsi baş verib - İlqar Abbasov
S&P Azərbaycanda 2025-ci ilədək inflyasiya proqnozlarını açıqlayıb
S&P manatın dollara mövcud nisbətdə bağlılığını təsdiq edib
Bazar günü hava necə olacaq?
Yeni hərbi obyektlər istifadəyə verilib (FOTO/VİDEO)
SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib etdi
“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub
S&P Azərbaycan dövlət büdcəsinin profisiti ilə bağlı proqnozu açıqlayıb
Hindistanda yaşayış binasında yanğın, 10-a yaxın ölü var
Hazırda "omikron" dünyada qriplə bərabər yayılır
S&P agentliyi Azərbaycanın kredit reytinqini BB+/B səviyyəsində təsdiq edib
Samur-Abşeron kanalında tank və top mərmiləri aşkarlanıb (FOTO/VİDEO)
S&P Azərbaycan və Türkiyə Mərkəzi bankları arasında mümkün svop sazişini şərh edib
Ötən gün evini tərk edən 11 koronavirus xəstəsi küçədə yaxalanıb
Toyda karantin qaydalarını pozan şəxs həbs edildi
Ölkə daxilində strateji ərzaq məhsullarının istehsalının daha da genişləndirilməsinə nail olmalıyıq - Vüqar Rəhimzadə
Ötən gün 23 yanğına çıxış olub, 10 nəfər xilas edilib
Krasnodar hava limanı bağlanıb
Azərbaycan və İran arasında razılaşma əldə olunub (FOTO)
Qarabağa avtobusla səfər edənlərin bileti belə olacaq (FOTO)
Azərbaycan futzalçıları bu gün Avropa çempionatında ilk matçına çıxır
Səhiyyə qurumları vətəndaşlara çağırış etdi
Azərbaycanda koronavirus xəstələrinin karantində qalma müddəti azaldılır
“Avrora" Qrup uşaq sığınacaqlarında məskunlaşan uşaqları sevindirib (FOTO)
Alyaskada güclü zəlzələ olub
Azərbaycan nefti ucuzlaşıb
Masallıda yataq xəstəsi evdə yanaraq ölüb
Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir - Agentlik
Bitkoinin qiyməti son beş ayda ən aşağı səviyyəyə düşüb
Braziliyada çatdırılmanı dronlara yerinə yetirməyə icazə verilib
İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
Hulusi Akar Suriya və İraqla sərhəddəki bölmələrə baxış keçirib
Almaniyada minimum əmək haqqının artırılması məşğulluğa təsir etməyəcək - nazir
Arnold Şvartsenegger Kaliforniyada ağır yol qəzası törədib (FOTO)
ABŞ-da məktəbdə şagird güllələnib
ÜST 12 yaşadək yeniyetmələrə azaldılmış dozada Pfizer peyvəndini tövsiyə edib
Meksikada oteldə atışma nəticəsində iki Kanada vətəndaşı öldürülüb
Ənənəvi Braziliya karnavalları koronavirus səbəbindən təxirə salınıb
Yaponiyada baş verən zəlzələ nəticəsində 6 nəfər xəsarət alıb
Gürcüstan Rusiya ilə hava əlaqəsinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
ABŞ-ın ən yaşlı sakini 115 yaşında vəfat edib
Belçikada koronavirusla bağlı məhdudiyyətlər aradan qaldırılır
Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
NATO Aralıq dənizində təlimlərə başlayır
Amerikanın Atlas V raketi Pentaqonun kəşfiyyat peyklərini orbitə çıxarıb
BMT-nin baş katibi dünyadakı vəziyyəti soyuq müharibə dövründəkindən daha təhlükəli adlandırıb
Elbrus Əliyev 2007-ci ildə təqaüdə çıxmıb, həmin vaxtdan etibarən prokurorluq orqanları ilə hər-hansı əlaqəsi olmayıb - Baş Prokurorluq
Ərəb koalisiyasının Yəmən həbsxanasına hava hücumu nəticəsində onlarla insan həlak olub
Serbiyalı nazir ölkə başçısına sui-qəsd hazırlandığını bildirib
İran Türkiyəyə qaz tədarükünü bərpa edib
Böyük Britaniyada koronavirusun omikron ştammının yeni alt növü aşkarlanıb
Fransa Prezidenti Kabinetinin müşaviri və Aİ-nin xüsusi nümayəndəsinin Cənubi Qafqaza səfərinin məqsədi açıqlanıb (ÖZƏL)
Yaponiyanın cənub-qərbində 6,6 bal gücündə zəlzələ baş verib
"Mercedes" mindən çox avtomobili geri çağırır
Bir qrup valideyn növbəti dəfə MDU-da imtahan prosesini müşahidə edib (FOTO)
Bakıda özünü məftillə ağaca bərkidib yandıran şəxslə bağlı araşdırma aparılır
Cəlilabad sakinlərindən qanunsuz odlu silahkar aşkarlanıb
Azad edilmiş ərazilərin bərpası üçün yaradılmış təsisatlara ödənilən vəsaitin əhatəsi genişləndirilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi yaz sessiyasında ilk iclasını keçirib (FOTO)
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə 20 adda dəyəri yüksək dərmanlar verilib
Azərbaycanda süni qiymət artımına qarşı mübarizə, antiinflyasiya tədbirləri - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Qəbələ sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır (FOTO/VİDEO)
Türkiyə ordusu Suriyada 18 terrorçunu zərərsizləşdirib
Azərbaycanda məişət zorakılığına görə cəzalar sərtləşdirilir
Yanvarın 24-nə USD/AZN rəsmi məzənnəsi
"Omikron" ştammının sürətlə yayılması yaz aylarına qədər davam edə bilər
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı Bolqarıstanda silsilə tədbirlər təşkil olunub (FOTO)
Bakının bu hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcək
Dünyada son bir həftədə rekord sayda şəxs koronavirusa yoluxub
Dövlət qulluğuna qəbul üzrə imtahan keçiriləcək
Valideynsiz uşaqlara valideyn olaq və onlar ailədə böyüsün! - Nazirlikdən yeni videoçarx
Tunis sahillərində miqrantları aparan qayıq batıb, 11 ölü var
Tələbələrin köçürülməsi ilə bağlı yenilik edilib
Ərdoğan Ukrayna ilə bağlı Putinlə görüşə bilər
Tağıyevin heykəlini zədələyənlər barədə məhkəmə qərar verdi
Azərbaycanla daha bir ölkə arasında viza tələbi ləğv edilir
Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
Hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir - Nazirlər Kabineti
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 068 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
Boy hormonu çatışmazlığı olan 450 uşaq ödənişsiz boy hormonu preparatı ilə təmin olunub
UNEC-in ingilis dilində yeni elmi jurnalı çapdan çıxdı
Yasamalda 7 küçə əsaslı təmir olunur (FOTO/VİDEO)
Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb (FOTO)
Qlobal inflyasiya böhranı dərinləşir: Azərbaycan hansı addımlar atacaq?
Ağacları kəsən şirkət cəzalandırılıb
Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək üçün müraciətlərin qəbuluna başlandı
Ötən gün qaz istehlakı maksimal həddə çatıb - "Azəriqaz"
Bütün xəbərlər