...

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib (FOTO/VİDEO)

Siyasət Materials 9 Aprel 2020 16:48 (UTC +04:00)
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında yarış keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilib.
Yarışda artilleriya divizionlarının şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək birinci olmaq üçün bilik və bacarıqlarını nümayiş etdirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlim-döyüş tapşırığını icra edən artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.

Yarışın şərtlərinə uyğun olaraq təlim-atəş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirən “N” nömrəli hərbi birləşmənin haubitsalı artilleriya divizionu ən yaxşı divizion adına layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti