...

Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb (FOTO/VİDEO)

Siyasət Materials 13 Aprel 2020 15:17 (UTC +04:00)
Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

Xəbər lenti

Xəbər lenti