...

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb (VİDEO)

Siyasət Materials 13 Aprel 2020 17:14 (UTC +04:00)
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi başlayıb (VİDEO)

Bakı. Trend:

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.

Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.

İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti