...

Rusiyalı ekspert: Azərbaycanda Böyük Vətən Müharibəsinin veteranlarına münasibət çox nümunəvidir

Siyasət Materials 7 May 2020 22:47 (UTC +04:00)
Azərbaycanda Böyük Vətən Müharibəsinin veteranlarına münasibət çox nümunəvidir
Rusiyalı ekspert: Azərbaycanda Böyük Vətən Müharibəsinin veteranlarına münasibət çox nümunəvidir

Bakı. Hüseyn Səfərov - Trend:

Azərbaycanda Böyük Vətən Müharibəsinin veteranlarına münasibət çox nümunəvidir.

Bunu Trend-ə rusiyalı ekspert Oleq Kuznetsov deyib.

Bununla belə, ekspert təəssüflə bildirib ki, MDB ölkələrinin siyasi ittifaqı Böyük Vətən Müharibəsinin yekunlarının revizionizminin təminatı olmayıb:

"Məsələn, Ermənistanda nasizmin bəraəti və qəhrəmanlaşdırılması rəsmi dövlət ideologiyası və siyasəti səviyyəsinə çatdırılıb. Əgər başqa ölkələrdə hakimiyyətin bu cür addımları vətəndaşlar tərəfindən etirazla qarşılanırsa, Ermənistanda bu, əhali tərəfindən tam dəstəklənir. Biz hamımız erməni mentallığının bu zərərli xüsusiyyətinin şahidi oluruq".

O.Kuznetsovun sözlərinə görə, Ermənistanın indiki hakimiyyətinin ölkədə yaşayan azsaylı Böyük Vətən Müharibəsi veteranlarına etinasız münasibəti xüsusilə heyrətləndirir:

"Ermənistan parlamentində baş vermiş bir hadisə bu sözləri daha da qüvvətləndirir. Qələbənin 75 illiyi münasibətilə sağ qalan veteranlara ödəmələr məsələsi müzakirə olunarkən, baş nazir Nikol Paşinyanın ən yaxın adamlarından olan Sasun Mikaelyan ödəmələrin artırılmamasını təklif edib. O bildirib ki, ödəmələrin tarixini təxirə salmaq və onların ölümünü gözləmək lazımdır. Parlament iclasının canlı yayımında Mikaelyan bu sözləri deyib: "Fikrimcə, bu, elə də böyük faciə deyil. Əgər biz bir qədər uzatsaq, mayda artıq heç kim qalmayacaq". Bundan sonra veteranlar üçün ödəmələr məsələsi gündəliyə də salınmayıb. Belə görünür ki, Ermənistanda maliyyə vəziyyəti ilə yanaşı, beyinlərdə də vəziyyət çox pisdir".

Azərbaycanda Böyük Vətən Müharibəsi veteranlarına münasibətdən danışan ekspert bildirib ki, bu münasibət çox nümunəvidir:

"Mənə məlumdur ki, Prezident İlham Əliyev aprelin 24-də Böyük Vətən Müharibəsi iştirakçılarına, eləcə də həlak olanların dul xanımlarına, orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardımın verilməsi barədə sərəncam imzalayıb. Müharibə veteranları artıq 1,5 min manat məbləğində maddi yardım alıb. Onu da qeyd edim ki, Rusiyada bu cür ödəmənin məbləği daha azdır. 2015-ci il mayın 9-da mən Bakıda idim və dövlətin veteranları nə cür qayğı ilə əhatə etdiyinin şahidi oldum. Əminəm ki, bu il də koronavirus pandemiyasına baxmayaraq, azərbaycanlı veteranlar xalq və hakimiyyətin diqqəti ilə əhatə olunacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti