...

Sevil Mikayılova: Azərbaycan Prezidentinin liderlik bacarığı ölkəmizin mövqeyini nəinki regionda, dünyada da möhkəmləndirir (VİDEO)

Siyasət Materials 18 May 2020 12:45 (UTC +04:00)
Sevil Mikayılova: Azərbaycan Prezidentinin liderlik bacarığı ölkəmizin mövqeyini nəinki regionda, dünyada da möhkəmləndirir (VİDEO)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Prezidentinin liderlik bacarığı ölkəmizin mövqeyini nəinki regionda, dünyada da möhkəmləndirir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova ATV-yə müsahibəsində deyib.

S.Mikayılova qeyd edib ki, CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin rəhbərləri arasında baş tutan videokonfrans bir daha göstərdi ki, Azərbaycanın irəli sürdüyü layihələr və təşəbbüslər beynəlxalq aləmdə böyük maraqla qarşılanır:

"CİSCO dünyanın aparıcı texnologiya şirkətlərindən biridir və şirkətin yeni texnologiyaların tətbiqi sahəsində Azərbaycanla əməkdaşlıq əzmində olması çox müsbət haldır.

Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Ağıllı ölkə” layihəsi CİSCO tərəfindən böyük maraqla qarşılandı və şirkət bu layihəni ölkəmizdə reallaşdıracaq. Bu layihə Azərbaycanın müasir texnologiyalara yiyələnmək və onlardan maksimum faydalanmaq üçün möhtəşəm təşəbbüsdür.

“Ağıllı ölkə” layihəsi müxtəlif istiqamətləri əhatə edir və bu, Azərbaycanı XXI əsrin ən müasir ölkələrindən birinə çevirəcək. Burada xüsusilə, təhsil sahəsində smart sistemlərin tətbiqini nəzərdə tutan “Ağıllı təhsil” və kənd təsərrüfatında yeni texnologiyaların tətbiqini nəzərdə tutan “Ağıllı kənd təsərrüfatı” istiqamətini qeyd etmək istəyirəm.

Ümumilikdə, Prezident İlham Əliyevin irəli sürdüyü “Ağıllı ölkə” layihəsi Azərbaycanın inkişafında keyfiyətcə və məzmunca yeni mərhələ olacaq və ölkəmizdə rəqəmsal texnologiyaların hərtərəfli istifadəsinə böyük təkan verəcək”.

S.Mikayılova bildirib ki, belə görüşlər beynəlxalq müstəvidə liderlərin yerini aydın vurğulayır: “Azərbaycan Prezidentinin liderlik bacarıgı ölkəmizin mövqeyini nəinki regionda, dünyada da möhkəmləndirir. Azərbaycanın təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənir və həm siyasi, həm də iqtisadi əməkdaşlığı mahiyyətcə yeni məzmun alır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti