...

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun hazırlanıb

Siyasət Materials 20 May 2020 12:04 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı Dövlət Miqrasiya Xidmətinə məlumat vermədiyi üçün məsuliyyətə cəlb olunmayacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, mövcud qanuna əsasən Azərbaycan vətəndaşı digər ölkə vətəndaşlığını qəbul edəndə, 1 ay müddətinə DMX və ya xaricdəki səfirliyə məlumat verməlidir:

"Bununla bağlı Prezidentin təşəbbüsü ilə parlamentdə qəbul edilən qanun layihəsi var. Qanunvericiliyə görə, məlumat verməyəndə həmin şəxs barəsində sərt cinayət məsuliyyəti nəzərdə tutulurdu. Ancaq yeni qanuna görə, bu məsuliyyət aradan qaldırılır. Qanun qüvvəyə mindikdən sonra gec məlumat verən şəxslər bu barədə rahat ola biləcəklər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti