...

Bu il 482 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

Siyasət Materials 21 May 2020 16:13 (UTC +04:00)
Bu il 482 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib

Bakı. Elçin Mehdiyev - Trend:

Bu ilin yanvar-mart aylarında 482 şəxs daimi yaşamaq üçün Azərbaycana gəlib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, cari ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 482 nəfər Azərbaycana gələn, Azərbaycandan isə 316 nəfər gedən qeydə alınıb.

Ölkə üzrə miqrasiya saldosu müsbət 166 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti