...

Ermənilərin böyük yalanları (VİDEO)

Siyasət Materials 26 May 2020 21:15 (UTC +04:00)
Ermənilərin böyük yalanları (VİDEO)

Bakı. Trend:

Faşizmin təbliğatçıları Azərbaycanın uğurlarını həzm edə bilmir. Ermənilərin tarixi faktlarla razılaşmamaq adəti yeni deyil. Dağlıq Qarabağın guya ermənilərin ərazisi kimi təqdim olunması xəstəliyindən müalicə olunmaq istəməyən ermənilər təxribatçı fəaliyyətini davam etdirirlər.

Trend-in Real TV-yə istinadən məlumatına görə, erməni mətbuatının növbəti hədəf obyekti Qələbə Günündə işıq üzü görən "Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43" konfransı" adlı kitabdır.

Kitabda azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov və onun Böyük Vətən Müharibəsindəki qəhrəmanlıqlarından bəhs olunur.

Məhz bu tarixi fakt erməni jurnalist Gayane Movsesyanın naməlum genlərini yerindən tərpədib.

Məqalə bütövlükdə kitabı təkzib etməyə çalışan qondarma yalanlardan ibarətdir. Guya kəşfiyyatçı Tehran konfransı zamanı hazırlanan sui-qəsdin qarşısının alınmasında iştirak etməyib.

Halbuki məhz bu əməliyyatın keçirilməsində müstəsna roluna görə, Məmmədhüseyn Əsədov eyni zamanda iki ordenlə - "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunub.

"Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43" konfransı" kitabının müəlliflərindən biri, millət vəkili Arzu Nağıyevin fikrincə, kitabın rus və ingilis dillərində çap olunması ona geniş auditoriya qazandırdı. Bu isə, öz növbəsində erməniləri çox narahat etdi və onlar heç bir əsası olmayan arqumentləri ilə özlərinə diqqət çəkməyə başladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti