Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub (FOTO)

Cümhuriyyət varislərinin iştirakı ilə beynəlxalq videokonfrans təşkil olunub (FOTO)

Bakı. Trend:

Mayın 28-də Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhurıyyətinin (AXC) 102 illiyinə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Millət vəkili, akademik, ictimai xadim Rafael Hüseynovun moderatorluğu ilə keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, tanınmış diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Ramiz Abutalıbov, Azərbaycan Xalq Cumhuriyyətinin varisləri – Xalq artisti, maestro Ramiz Məlikaslanov (AXC-nin yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi), Azərbaycan-Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri (AXC-nin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi), İlhami Asgeran (Gəncə Şəhər Dumasının üzvü Ələkbər Rəfibəylinin qohumu), Yaqut Abdullayeva (Azərbaycanın dövlət himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi), Gürcüstandakı Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyev, ABŞ-dan yayımlanan GünAZ TV-nin prezidenti Əhməd Obalı, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri Yaşar Musayev, Rusiya Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov, Azərbaycan Diaspor Gənclərinin Türkiyə üzrə koordinatoru İlteriş Taşkınsu iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fuad Muradov qonaqları salamlayıb və 102 il öncə xalqımızın tarixində baş vermiş bu böyük hadisə münasibətilə hər bir azərbaycanlını təbrik edib. Şərqdə ilk dünyəvi və demokratik dövlətin Azərbaycanda qurulmasının əhəmiyyətindən, 1991-ci ildə bərqərar etdiyimiz dövlət müstəqilliyimizin dönməz və əbədi olmasından danışan Dövlət Komitəsinin sədri qeyd edib ki, bu gün xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlılar, o cümlədən Cümhuriyyət varisləri dünyada Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Görkəmli dövlət xadimi Heydər Əliyevin daim Cümhuriyyət tarixinə, onun qurucularına və varislərinə böyük önəm verdiyini xatırladan komitə sədri bildirib ki, bu siyasəti Prezident İlham Əliyev tərəfindən hazırda da uğurla davam etdirir. Dövlət başçımızın sərəncamı əsasında Bakı şəhərinin mərkəzində abidənin ucaldılması ilə Cümhuriyyət qurucularının adlarının əbədiləşdirildiyi, AXC-nin 100 illiyi münasibətilə ölkədə "Cümhuriyyət ili" elan edilməsi, bu yubileylə bağlı təsis edilən medalın Cümhuriyyət varislərinə təqdim olunması, 2018-ci ildə ölkəmizdə və xaricdə AXC-nin yubileyinin təntənəli şəkildə qeyd olunması bir daha yada salınıb. Bütün bunların dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğu nəzərə çatdırılıb.

Sonra tədbirin moderatoru, AXC-nin tədqiqatçılarından biri, həmin tarixi dövrlə bağlı dərin biliyə malik olan, Cümhuriyyət qurucularının onlarla varisi ilə şəxsi ünsiyyətdə olmuş Rafael Hüseynov 1918-1920-ci illərə tarixi ekskurs edib. O, bildirib ki, AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. R.Hüseynov Cümhuriyyət qurucuları, onların diplomatik fəaliyyəti, bu dövrdə parlamentin formalaşması və qısa müddət ərzində qəbul etdiyi qanunlar, elm və təhsil, siyasi partiyalar və dövlət quruculuğunda onların rolu, dövlət-din münasibətləri və digər sahələrdə fəaliyyətləri barədə ətraflı məlumat verib.

Moderator qeyd edib ki, Cümhuriyyət qurucuları elə böyük şəxsiyyətlərdir ki, onları bu gün bizim hər birimiz, eləcə də gələcək nəsillər həmişə minnətdarlıqla, dərin sevgi hissi ilə yada salmalıyıq: "Onların yox yerdən qurduqları Cümhuriyyət, xalqımıza bəxş etdikləri istiqlaliyyət bu millətin var olduğu müddətdə qazandığı ən böyük nailiyyətdir".

R.Hüseynov onu da diqqətə çatdırıb ki, Cümhuriyyət qurucularının paytaxtdakı ilk iş və yaşayış yeri o dövrdə “Metropol” mehmanxanası, indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi olub. Muzeyin rəhbəri olmağım, orada çalışmağım ona dəlalət edir ki, mən o böyük insanların izlərinə demək olar ki, hər gün toxunuram.

Moderator vurğulayıb ki, bu gün biz Cümhuriyyət quruculuğunda qəhrəmanlıqlar göstərən hər bir insanın – siyasətçinin də, sıravi əsgərin də, adi vətəndaşımızın da xidmətlərini məhəbbət və ehtiramla yad edirik. İnanırıq ki, gələcək nəsillər də bu şanlı tariximizi həmişə hörmətlə anacaq.
Sonra R.Hüseynov Şeyxzamanlılar nəslinin nümayəndəsi Tomriz Azəriyə söz verib. T.Azəri AXC-nin əhəmiyyətindən danışmaqla yanaşı, atası və əmisi ilə bağlı xatirələrini bölüşüb.

Müzakirələr zamanı Azərbaycan diasporunun milli düşüncədən uzaq olmaması, azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, əqidə ortaqlığı, Vətənə gözəl münasibəti barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq, məhz ortaq düşüncə ətrafında birləşmələri, taleyüklü məsələlərdə eyni fikrə sahib olmaları Azərbaycan dövlətinin dayaqlarını daha da gücləndirə bilər.

Tədbir iştirakçıları Cümhuriyyət qurucularının fəaliyyətindən, Azərbaycanın dünyadakı mövqeyindən, Qarabağ uğrunda aparılan mübarizədən, ərazi bütövlüyümüzün təmin olunmasından, dünya azərbaycanlılarının birləşməsindən, diasporun təşkilatlanmasından, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından, Heydər Əliyevin misilsiz xidmətlərindən, İlham Əliyevin rəhbərliyi ilə aparılan yüksək səviyyəli diaspor siyasətinin dünya azərbaycanlılarının yekdilliyinə və birliyinə gətirib çıxarmasından, Mehriban Əliyevanın diaspor fəaliyyətinin yeni müstəvidə inkişaf etməsi istiqamətindəki fəaliyyətindən danışıblar.

Fuad Muradov əlavə edib ki, COVID-19 pandemiyası dönəmində məhz Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən, xaricdə yaşayan və müvəqqəti çətinliklə üzləşən azərbaycanlılar dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar.

Müstəqilliyə, dövlətimizin möhkəmlənməsinə xidmət edən bütün görkəmli şəxsiyyətlərin böyük sevgi, hörmət və ehtiramla xatırlandığı videokonfrans Cümhuriyyətin 100 illiyi ilə bağlı AXC varislərinə yubiley medallarının təqdim olunmasını əks etdirən videoçarxın nümayişi ilə yekunlaşıb.

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Yanğınsöndürmə maşınına Azərbaycan tərəfdən atəş açılması yalandır - MN
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Ermənistanın Azərbaycan ərazisinə silah ötürməsi üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır - Amerikalı ekspert
Loading Bars
Xəbər lenti
İstanbulda iki yük gəmisi toqquşub
Sentyabr üzrə sosial yardımın ödənilməsi başa çatdırılıb
Ermənistan 30 ilə qədər Azərbaycan ərazilərini işğalda saxladığı üçün dalan ölkəyə çevrildi - Elşən Musayev
Azərbaycan nefti bahalaşır
Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus aşkar olunub
Quterreş Lavrovla Rusiya və BMT-nin əməkdaşlığını müzakirə edib
Ağcabədidə birmərtəbəli ev yanıb
Bakı küçələrində növbəti dezinfeksiya aparılır (FOTO)
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı üç dəfə artıb
Vüqar Rəhimzadə: Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır
Qazaxıstanda koronavirusa daha 2 324 nəfər yoluxub
Pakistanın baş naziri Əfqanıstana yardım etməyə çağırdı
Kanada məhkəməsi "Huawei" şirkətinin maliyyə direktorunu azad edib
Haitili miqrantlar Texasdakı düşərgəni tərk ediblər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin Cenevrə Ofisi ilə birgə toplantı keçirəcək
Bayden Hindistanı BMT Təhlükəsizlik Şurasına daimi üzv olmağa çağırıb
Avstraliya daha geniş səlahiyyətlərə malik güclü və müstəqil ÜST-nin yaradılmasını istəyir
Modi Baydeni Hindistana dəvət edib
ABŞ Konqresinin üzvü Baydenin istefasını tələb edib
Britaniyada koronavirusdan daha 180 nəfər ölüb
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub
Malidə anti-terror əməliyyatı zamanı fransalı hərbçi həlak olub
Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var
"United Airlines" aviaşirkəti 1,9 milyon dollar cərimələnib
Ceyhun Bayramov Qoşulmama Hərəkatına 5 üzv dövlətin XİN rəhbərləri ilə ikitərəfli görüşlər keçirib (FOTO)
“Vüqar Həşimov” komandası klublararası Avropa kuboku yarışının bürünc medalını qazanıb (FOTO)
Türkiyədə son sutkada koronavirusdan 20 458 nəfər sağalıb
Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə ikitərəfli və regional məsələləri müzakirə edib
İsmayıllıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi BMT Sivilizasiyalararası Alyansının Ali nümayəndəsi ilə VIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib
"Brent" markalı neftin qiyməti 78 dolları keçib
Türkiyənin yeni PUA-sı nümayiş etdirilib
Bakı Ali Neft Məktəbində "ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsinə başlanılıb (FOTO)
Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb
Prezident İlham Əliyev qalib ölkənin lideri kimi dünyaya bir sıra mühüm mesajlar verdi
Azərbaycan ermənilərin işğal dövründə viran qoyduğu əraziləri yenidən qurur - Deputat
Heyvanların qeydiyyata alınması qida təhlükəsizliyinin vacib atributudur
Ceyhun Bayramov Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə görüşüb (FOTO)
Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini təsdiqlədi
Ermənilər işğal müddətində mədəniyyətimizə, dinimizə qarşı da soyqırımı törədiblər - Deputat
Almaniyanın qaz anbarlarında doluluq 64 faizdir
Türkiyənin Qazi Universitetinin tanınmış professoru MDU-da fəaliyyətə başlayıb (FOTO)
Nazirlər Kabinetinin geniş iclası keçirilib (FOTO)
İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır - Səfir
İran həmişə Azərbaycana sülh, təhlükəsizlik və rifah arzulayır - Seyid Abbas Musəvi
İtkin düşən Daşkəsən sakinlərinin meyiti Kəlbəcər istiqamətində minalanmış ərazidə tapıldı
Cinayət əməlləri ötən ilin 8 ayı ilə müqayisədə xeyli azalıb - Vilayət Eyvazov (FOTO)
BMT Şurasında Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib
Rusiya təyyarəsi Kubada qartalla toqquşub
Bakıda arıçılıq məhsullarının yarmarkası keçiriləcək
Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri ilə müzakirələr aparıb
Ucar sakininə verilən kombayn niyə geri alınıb? - "Aqroservis" açıqladı
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun görüşü keçirilib
Ağcabədidə minik avtomobili yanıb
Fəaliyyətinə icazə verilən qapalı məkanlara yalnız COVID pasportu olanlar buraxılacaq
Ermənistanın ekoloji terroru beynəlxalq təşkilatlar tərəfindən ciddi araşdırılmalıdır - Deputat
Kinoteatrlar və konsert zalları bu qaydada işləyəcək
Bakı, Sumqayıt və Abşeron istisna olmaqla şəhər və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunacaq
Bu iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir - Operativ Qərargah
Bu tarixdən etibarən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək - RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır
Sentyabrın 27-nə USD/AZN rəsmi məzənnəsi
AzMİU-da Tikinti layihələrinin idarə edilməsi laboratoriyasının açılışı olub (FOTO)
BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb
Texniki Universitetin Karyera mərkəzinin rəhbəri vəzifəsindən azad edilib
Tərtərin işğal bölgəsi olmamasına rəğmən, buraya çox sayda raket hücumu olub - Hacı Əli Açıkgül
Kaspersky: korporativ elektron poçtunu şəxsi məqsədlər üçün istifadə etməməyin beş səbəbi
Ceyhun Bayramov BMT Baş katibinin müavinini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumat verib
İƏT nümayəndə heyəti beynəlxalq faktaraşdırcı missiya çərçivəsində Tərtərdə olub (FOTO)
Pilot layihə çərçivəsində 45 minə yaxın şagirdə məktəbli ləvazimatı verilib (FOTO)
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib (FOTO)
Azərbaycan şərablarının maya dəyəri niyə baha başa gəlir? - AÇIQLAMA
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 128 nəfər COVID-19-a yoluxub, 21 nəfər ölüb
“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” Respublika elmi konfransı keçiriləcək
İraq Azərbaycanla neft-qaz və emal sahələri üzrə intensiv əməkdaşlıqda maraqlıdır (FOTO)
426 müəllim müddətli müqavilə ilə işə qəbul olunub
Polis hansı halda məhkəmə qərarı olmadan vətəndaşı saxlaya bilər? - RƏSMİ AÇIQLAMA
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Binə qəsəbəsində yeni inşa edilən 88 saylı məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO/VİDEO)
Aİ-nin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub
Milli Məclis Vətən müharibəsinin ildönümü ilə bağlı bəyanat qəbul edəcək
“Yelo Bank” açıq tender elan edir
Müdafiə Nazirliyi vətəndaş narazılığı ilə bağlı açıqlama yaydı
İstirahət günləri hava necə olacaq? - PROQNOZ
Ermənistan işğal dövründə torpaqlarımızda ekoloji terror törədib - Komitə sədri
Yelo Bank-dan Gəncə məktəblilərinə dəstək (FOTO)
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib (FOTO)
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Rusiyada parlament seçkilərinin yekun nəticələri açıqlanıb
İƏT komissiyasının nümayəndə heyəti Ağdamda birgə faktaraşdırıcı missiya həyata keçirir (FOTO)
Çin kriptovalyutalarla bağlı əməliyyatları qadağan etdi
İki dövlət komitəsi arasında Anlaşma Memorandumu imzalanıb (foto)
Trend-in xəbərindən sonra Azərbaycanın şərabçılıq bölgələri şərabçılıqla bağlı beynəlxalq atlasa daxil edilib
Beynəlxalq kinoloji seminar keçirilib (foto)
“Qırmızı ürəklər”in saytı təqdim edildi
27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı Prezidentin sərəncamı şəhidlərimizə ən ali ehtiramın əlamətidir - Səttar Möhbalıyev
"BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu (VİDEO)
İmişlidə istehlaka yararsız 120 kiloqram ət aşkarlanıb
Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə erməni faşizmini bir daha ifşa etdi - Komitə sədri
İctimai yerlərdə abidələrin ucaldılması və demontajı ekspert Komissiyasının rəyinə uyğun olaraq aparılmalıdır - Nazirlik
Bütün xəbərlər