...

Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi keçiriləcək

Siyasət Materials 1 İyun 2020 19:26 (UTC +04:00)
Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi keçiriləcək

Bakı. Trend:

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, parlamentin Gənclər və idman komitəsi Milli Qurtuluş Günü ilə əlaqədar gənclər arasında “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsi təşkil edəcək.

Müsabiqədə iştirak etmək istəyən gənclər (14-29 yaş) qeyd olunan mövzuda hazırladıqları yazıları komitənin [email protected] ünvanına göndərilməlidirlər.

Yazılar müsabiqə komissiyası tərəfindən yoxlanılacaq, bu səbəbdən də aşağıdakı tələblərə cavab verməlidir:

• Azərbaycan (rus, ingilis və digər) dilində və “Times New Roman” şrifti ilə14 ölçüdə hazırlanmalı;

• Yazının həcmi 5 – 7 vərəq arasında olmalı;

• Eyni məzmunlu yazılardan istifadə edilməməlidir.

Müsabiqənin qalibləri sertifikatla mükafatlandırılacaq, yazılarının çap olunması təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti