...

Ceyhun Məmmədov: Ermənistanın siyasətində faşizm və terrorçuluğun təbliğ edilməsi əsas yerlərdən birini tutur

Siyasət Materials 5 İyun 2020 20:13 (UTC +04:00)
Ceyhun Məmmədov: Ermənistanın siyasətində faşizm və terrorçuluğun təbliğ edilməsi əsas yerlərdən birini tutur

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistan dövlətinin bugünkü siyasətində faşizm və terrorçuluğun təbliğ edilməsi əsas yerlərdən birini tutur. Faşist Njdeyə bu ölkədə abidənin ucaldılması, onun erməni cəmiyyətinə qəhrəman kimi təqdim edilməsi bu fikri bir daha təsdiq edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bildirib ki, bu gün Ermənistan dünyada monoetnik dövlət kimi tanınır: “Orada yaşayan digər bütün xalqlara qarşı dözümsüz münasibət var. Ermənistan terror dövlətidir. Ermənilər ötən əsrdə Azərbaycan xalqına qarşı bir neçə dəfə soyqırımı törədiblər. Onlar bu gün də bu siyasəti davam etdirirlər. Hakimiyyətə də çox vaxt bu cür yollarla gəliblər. Hətta öz ölkələrinin rəhbərlərini belə qətlə yetiriblər. Bu həqiqətləri hər birimiz təbliğ etməli, erməni yalan və saxtakarlıqlarını hər zaman ifşa etməliyik”.

Deputatın sözlərinə görə, ötən əsrin 80-ci illərində ermənilər Ermənistanda yaşayan bütün azərbaycanlıları oradan deportasiya ediblər: “Onlar Dağlıq Qarabağı işğal edərək Xocalı soyqırımını törədiblər. Bu, erməni vəhşiliyinin göstəricisidir.

Bu gün beynəlxalq hüquq, tarixi həqiqət bizim tərəfimizdədir. Ermənilər dəfələrə hiyləgərlik edərək Azərbaycan torpaqlarını işğal ediblər, qətllər törədiblər. Azərbaycan Demokratik Respublikası dövründə də eyni ssenari ilə hərəkət edərək İrəvanı Azərbaycandan ayırmaqla Ermənistan Respublikası qurmağa nail oldular. Bu gün də müxtəlif metodlardan istifadə edərək Qarabağı Azərbaycandan ayırmağa çalışırlar.

Azərbaycan heç zaman buna imkan verməyəcək. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Bir çox regional və beynəlxalq layihələri uğurla icra edir. Ermənistan isə səfalət və aclıq içərisindədir. Getdikcə bu ölkədə iqtisadi böhran daha da dərinləşir.

Bu gün Azərbaycan Ordusu dünyanın 50 güclü ordusundan biri sayılır. Maddi və mənəvi baxımdan Ermənistan ordusundan dəfələrlə güclüdür. Azərbaycan öz gücünü son illərdə bir neçə dəfə nümayiş etdirib.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasət həyata keçirir. Bu gün işğalçı rejimin bütün cəhdlərinə baxmayaraq, Dağlıq Qarabağın legitimliyini heç bir dövlət tanımır. Və heç zaman tanımayacaq.

Biz əminik ki, tezliklə torpaqlarımızı işğaldan azad edərək Qarabağda abadlıq və quruculuq işləri həyata keçirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti