...

Gültəkin Hacıbəyli ilə Cəmil Həsənli əsl üzlərini göstərdilər - "Milli Şuran"ın qeybətxana şousu davam edir (VİDEO)

Siyasət Materials 15 İyun 2020 14:54 (UTC +04:00)
Gültəkin Hacıbəyli ilə Cəmil Həsənli əsl üzlərini göstərdilər  - "Milli Şuran"ın qeybətxana şousu davam edir   (VİDEO)

Bakı. Trend:

Sosial şəbəkələrdə "Milli Şuran"ın qeybətxana şousu davam edir.

Onların budəfəki söhbətlərində Azərbaycan xalqı, Azərbaycan dövləti hədəf alınıb.

İclasda Gültəkin Hacıbəyli "Gözünüz aydın, neft artıq 14 dollara düşüb, məni təbrik edin". deyə bildirir. Cəmil Həsənli isə "Bu son hədd deyil də, yoxsa təbrik edərdim, gözləyək axıracan düşsün sonra təbrik edərəm" deyə vurğulayır.

Neftin qiymətinin düşməsinə sevinənlər bir şeyi unudurlar ki, neftin qiymətinin düşməsi, gəlirlərin azalması xalqımızın hər bir vətəndaşına ziyandır. Azərbaycan xalqının gəlirlərinin azalmasına yalnız xalqın düşmənləri sevinə bilər – ermənilər, bir də Gültəkin Hacıbəyli və Cəmil Həsənli.

Bu xəbəri eşitdikdən sonra onların sevinci, qəhqəhə çəkib gülməsi Azərbaycan xalqına olan nifrətinin bariz göstəricisidir.

Sosial şəbəkədə isə videogörüntü belə şərh edilir:

- "Bunların bir adı var - düşmən !"

- "Gərək nə qədər xain olasan ki, öz xalqının qazancının azalmasına belə ürəkdən sevinəsən."

- "Heç xəcalət çəkmirsiniz sizin kimilər ancaq özünü fikirləşir ....niyə bu torpaq sizi götürür...."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti