...

HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsi açılıb (FOTO)

Siyasət Materials 23 İyun 2020 14:28 (UTC +04:00)
HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsi açılıb (FOTO)

Bakı. Trend:

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov HHQ-nin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan general-leytenant R.Tahirov ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Bildirilib ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti