...

Sahibə Qafarova: Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur

Siyasət Materials 26 İyun 2020 11:37 (UTC +04:00)
Milli Məclisin spikeri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çadtırıb.
Sahibə Qafarova: Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin spikeri Sahibə Qafarova 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb.

Trend-in məlumatına görə, S.Qafarova bildirib ki, şanlı Azərbaycan Ordusu 102 yaşını qeyd edir:

Bu münasibətlə başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, Ordumuzun bütün üzvlərini və Azərbaycan xalqını təbrik edir, Ordumuza əbədi mövcudiyyət arzu edirəm. Azərbaycan Ordusu Azərbaycan xalqı təhlükəsizliyinin, ölkə sərhədləri daxilində sülh və əmin-amanlığın təmin olunmasının əsas elementlərindən biridir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib. Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti