Vüqar Rəhimzadə: "Milli şura"çıların Ermənistan hakimiyyətinə dəstəyi itmiş mənəviyyatın, simasızlığın pik nöqtəsidir

Vüqar Rəhimzadə: "Milli şura"çıların Ermənistan hakimiyyətinə dəstəyi itmiş mənəviyyatın, simasızlığın pik nöqtəsidir

Bakı. Trend:

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çıxışının, səsləndirdiyi hər bir bəyanatın mahiyyətində Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması, ədalətin bərpa olunması, həqiqətə həqiqət gözü ilə baxılması tələbi dayanır. Bu günlərdə möhtərəm Prezidentimizin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində söylədiyi fikirlər bir daha işğalçı dövlətə və ona dəstək olan dairələrə ciddi mesaj oldu. Hazırda diqqəti çəkən məqam möhtərəm Prezidentimizin nitqində əksini tapan reallıqlar qarşısında aciz durumda qalan Ermənistan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini özündən yayındırmaq üçün əsassız iddiaları və nə qədər təəccüblü də olsa onlara Azərbaycanın antimilli ünsürləri tərəfindən verilən dəstəkdir. Təbliğatı yalana əsaslanan, ən əsası özünə saxta tarix yazıb bu günə qədər dünyanı yalanlarına inandırmaq üçün dəridən-qabıqdan çıxan işğalçı bir dövlətə beynəlxalq dəstək uzunömürlü ola bilməz. Çünki bu yolu tutlan dövlətlər hər zaman güclü dövlətlər qarşısında əzilən olur, onların maraqlarının ifadəçisi qismində çıxış edir. Necə ki, işğalçı Ermənistanın müstəqilliyimizin ilk illərində Azərbaycanla bağlı apardığı yalan təbliğat ayaq tutub yeriyir, dünya erməniləri «məzlum, döyülən, əzilən» xalq kimi qəbul edirdi.

Azərbaycanın həmin dövrünün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması ermənilərin və erməni diasporunun fəallaşmasına meydan açmaqla yanaşı, eyni zamanda, torpaqlarımızın işğalına səbəb olmuşdur. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan nitqində məhz bu reallıqlara diqqət yönəltmişdir. Bu günə qədər özlərində cəsarət tapıb həqiqəti etiraf etmək imkanında olmayan daxili bədxahlarımız ənənələrinə sadiqlik nümayiş etdirərək işğalçı Ermənistana dəstək olmaqla əsl simalarını ortaya qoyur, ictimaiyyətdə bir illik hakimiyyətləri dövründə əməllərinə görə yaratdıqları qınağı daha da dərinləşdirirlər. Amma unudurlar ki, zaman hakim, tarix isə yaddaşdır.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, istər Ermənistan hakimiyyətinin, istərsə də onların Azərbaycandakı dəstəkçilərinin, «Milli şura»çıların dövlətimizin başçısının söylədiyi fikirlərin guya ölkəmizə aid olması kimi əsassız, gülünc doğuran iddialarına gəlincə, bu gün işğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil: «İqtisadi böhran içəriçində çabalayan Ermənistan hazırda koronavirus pandemiyasının ən ağır nəticələrini yaşamaqdadır. Azərbaycanın iqtisadi imkanları əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlara yol açdı.

Azərbaycan ilə Ermənistanın sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasında aydın görünən kəskin fərqləri geniş təhlil etməyə ehtiyac yoxdur. Təkcə pandemiya dövründə Azərbaycan dövlətinin istər daxildə, istərsə də beynəlxalq çərçivədə əməkdaşlığa, birliyə, həmrəyliyə verdiyi töhfələrə diqqət yetirmək kifayətdir. Türk Şurasının, Qoşulmama Hərəkatının videoformatda konfranslarının keçirilməsi təşəbbüsü ilə çıxış edib bunu əməli fəaliyyətində təsdiqləyən Azərbaycan növbəti uğuru ilə diqqət çəkir. Belə ki, 130 ölkə dövlətimizin başçısı İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi. Yenə də bu təşəbbüsün əleyhinə çıxan, ona dəstək verməyən işğalçı Ermənistan oldu. Bu da başadüşülən idi. Səylərin birləşdirilməsi fonunda hər bir ölkə malik olduğu təcrübəni ortaya qoymalı, ümumi yanaşmanı dəstəkləməlidir. İşğalçı Ermənistan pandemiyanın ən ağır nəticələrini yaşayırsa, yoluxma sayına görə dünyada liderliyi ələ alırsa, bu halda baş nazir Nikol Paşinyan hansı təcrübədən, qabaqlayıcı tədbirin görülməsindən bəhs edə bilər? Nikol Paşinyan bu məsələdə də aciz vəziyyətə düşdüyündən çıxış yolunu təşəbbüsü «bəyənməməkdə» gördü. Amma unutdu ki bu, çıxış yolu yox, acizliyin, zəifliyin, bir dövlət olaraq inkişaf modelinə malik olmamağın, hər zaman olduğu kimi, bu məsələdə də digər dövlətlərdən asılılığın göstəricisidir. Belə olan təqdirdə dövlətimizin başçısı İlham Əliyevin Ermənistan hakimiyyətinin ünvanına söylədiyi fikirlər Azərbaycana necə aid edilə bilər?».

Baş redaktor qeyd edib ki, ən əsası pandemiya Azərbaycanın yenilkçi, innovasiyalar sahəsində böyük irəliləyişlərə malik olan ölkə olduğunu nümayiş etdirdi: «Bu baxımdan ki, koronavirus pandemiyası insanların sağlamlığına təhdid, iqtisadiyyata böyük zərbə olmaqla yanaşı, yeni texnologiyaların, müasir idarəçiliyin tətbiqinin önəmini açıqladı. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə «COVID-19-a qarşı birlikdəyik» devizi altında Türk Şurasının, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Bu müddət ərzində Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında, eyni zamanda, Asiya İnkişaf Bankının, «Signify» və CISCO şirkətlərinin təşəbbüsü əsasında bu qurumların rəhbərləri ilə dövlətimizin başçısı arasında videoformat şəklində konfranslar keçirildi. Bütün bu addımlar ölkəmizin yeni texnologiyaların inkişafı və tətbiqi sahəsində əldə etdiyi təcrübələrin aydın mənzərəsini yaradır».

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanla işğalçı Ermənistanı heç bir sahədə müqayisə etmək mümkün deyil: «Ermənistan demokratik dəyərlərə etinasız münasibət bəsləyən, qonşu dövlətin ərazisinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla beynəlxaq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, ümumiyyətlə, bu prinsiplərin mahiyyətini dərk etməyən bir ölkədir. İşğalçı dövlətdə bu gün siyasi opponentlərə, müstəqil mediaya, vətəndaş cəmiyyəti institutlarına və fəallarına qarşı ciddi təzyiqlər göstərilir. Amma təəccüb doğuran, eyni zamanda, hər zaman müxtəlif sualların yaranmasına səbəb olan dünyanın bu gerçəkliklərə hələ də göz yummasıdır. İnanmaq istərdik ki, beynəlxalq birlik bu gün dünyanı silkələyən, insanların sağlamlığına və iqtisadiyyata böyük təhdid olan koronavirus pandemiyasına qarşı 130 ölkənin dəstəyini qazanan təşəbbüsün işğalçı Ermənistanı «razı salmamasının» səbəblərini araşdıracaq, artıq ədalət meyarına söykənərək işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı onillərdir ki, kağız üzərində qalan qərarları reallaşdıracaq».

Baş redaktor dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın ünvanına səsləndirdiyi fikirlərə daxili bədxahlarımızdan gələn dəstəklə bağlı fikirlərini bir daha belə ümumiləşdirib ki, qondarma «Milli Şura»nın sədri Cəmil Həsənlinin, bu qurumda təmisl olunmuş digər fəalların, habelə keçmiş səfir Arif Məmmədov kimi xaricdə yaşayan bəzi bədxahların milli hisslərini tam itirmələri, hakimiyyətə qarşı deyil, artıq xalqa və dövlətə qarşı mübarizə aparması, “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış etməsi, öz iddialarını gerçəkləşdirmək üçün hətta işğalçı Ermənistanı təbliğ etməkdən, vətənlərini isə ləkələməkdən belə çəkinməmələri bu ünsürlərin nə qədər simasız, xəyanətkar, şəxsi ambisiyalarının quluna çevrildiklərini ortaya qoyur: «Amma bu antimilli ünsürlər unudurlar ki, ictimai qınaq ən böyük cəzadır. Belə olmasaydı, bu günə qədər ölkədə keçirilən seçkilərdə varlıqlarını belə nümayiş etdirmək üçün prosesə qatılmaq cəsarəti tapar, illərdir boykot yolunu tutmazdılar. Xalq bu ünsürlərin qiymətini çoxdan verərək onları tarixin zibilliyinə atıb. Zibilliyi özlərinə məkan seçən belələrindən ancaq müxtəlif dairələrin istəklərinə uyğun addımlar gözləmək olar. «Milli Şura»nın son videokonfransından yayılan görüntülərdən də aydın görünür ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Hər zaman qeyd etdiyimiz kimi, Vətənə, dövlətə xəyanat bağışlanmaz. Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bu duyğular yoxdursa, həmin insan mənəviyyatsızdır. Bu ünsürlər, eyni zamanda, unudurlar ki, doğru yol tutmaqla, dövlətinə, xalqına bağlılıq ruhunda, zəhmətlə qazanılan kiçik məbləğ dövlətini, xalqını satmaqla əldə olunan milyonlardan daha qürurvericidir. Çünki itmiş mənəviyyatı milyonlar xərcləsən belə bərpa etmək mümkünsüzdür».

Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ
Azərbaycanda 5G texnoologiyası tətbiq olunmur - RƏSMİ
KATV1 15 illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib
KATV1 15 illik ildönümü münasibətilə jurnalistlər arasında müsabiqə elan edib
"Baktelecom" bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsini pulsuz simsiz rabitə ilə təmin edib (FOTO)
"Baktelecom" bir qrup Qarabağ müharibəsi əlili və şəhid ailəsini pulsuz simsiz rabitə ilə təmin edib (FOTO)
Loading Bars
Xəbər lenti
85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub
Azərbaycanlı alimlərin günəş enerjisindən istifadə sahəsində yeni ixtirası
“Azərenerji” və “Azərişıq” karantin dövründə xüsusi rejimdə çalışır
ATU-nun Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub
Masallıda karantin rejimini pozan şəxslər aşkarlandı (FOTO)
Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb
Azərbaycan-Böyük Britaniya Hökümətlərarası Komissiyanın həmsədrləri Pərviz Şahbazov və Graham Stuartın iştirakı ilə videokonfrans keçirilib (FOTO)
Binəqədidə karantin rejim qaydalarını pozan çay evi aşkarlanıb (FOTO)
Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO)
Afət Həsənova: Suraxanıda qəzalı binada yaşayanların yeni mənzillərə köçürülməsi çox mühüm və sevindirici haldır
Astarada toy mərasimi təşkil etmək istəyənlər cərimələnib (FOTO)
COVİD-19-a görə poliklinikanın iş saatı dəyişdiriləcək? - RƏSMİ CAVAB
Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb
Qabiliyyət imtahanı üçün müsabiqənin keçirilməsi şərtləri açıqlanıb
Atəşkəs rejimi 37 dəfə pozulub
Universitetinin kafedra müdiri koronavirusdan öldü (FOTO)
İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri
Koronavirusa yoluxan insanlara qoyulan “buzlu şüşə” diaqnozu nədir? (FOTO)
Azərbaycanlı tələbələr dövlət xətti ilə daha çox harada təhsil alırlar?
Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub
İsmayıllıda yanğın qeydə alınıb
Braziliya prezidenti koronavirus simptomlarının olduğunu deyib
Çində sutkada daha 23 nəfər koronavirusa yoluxub
KXDR ABŞ ilə danışıqlar aparmaq niyyətində olmadığını bildirib
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib
Ərdoğan Nazarbayevlə danışıqlar aparıb
Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub
"Amazon"un kapitallaşması 1,5 trilyon dolları keçib
Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ
Türkiyədə koronavirusdan sağalanların sayı 183 minə yaxınlaşır
Bakıda karantin rejimi qaydalarına əməl etməyən şəxslər cərimə olundu (FOTO)
Şamaxıda koronavirus əleyhinə tədbirlər gücləndirilib (FOTO)
Azərbaycan Prezidenti: Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik
Prezident İlham Əliyev: Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik
Azərbaycan Prezidenti: Avropa qurumlarının saxtakarlığını biz Ermənistanda keçirilmiş bütün seçkilərdə görmüşük
Prezident İlham Əliyev: Azərbaycan bu gün beynəlxalq siyasətin zirvəsindədir, amma bizə şər atanlar böhran içindədir
Prezident İlham Əliyev: Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır
Azərbaycan Prezidenti: Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər
Prezident İlham Əliyev: Ermənistan yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışır
Azərbaycan Prezidenti: Ermənistan özü-özünü çox pis vəziyyətə qoydu
Prezident İlham Əliyev: Mən hesab edirəm ki, hər bir ölkə hər hansı bir təşkilatda fəaliyyəti tam icra etməlidir
Azərbaycan Prezidenti: Hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik
Prezident İlham Əliyev: Bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura
Azərbaycan Prezidenti: Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır
Prezident İlham Əliyev: Hesab edirəm ki, pandemiyadan sonra da biz Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığımızı uğurla davam etdirəcəyik
Prezident İlham Əliyev: Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək
Azərbaycan Prezidenti: Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir
Azərbaycan Prezidenti: Bu gün karantin rejiminin qüvvədə qalması hesab edirəm ki, düzgün addımdır
Bu həftə AZAL İstanbula daha bir xüsusi reys yerinə yetirəcək (VİDEO)
Prezident İlham Əliyev: Modul tipli xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi
Lukaşenko müsahibə verməyə ayaqqabısız gəldi (VİDEO)
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Qızılağac milli parkında yanğın söndürülüb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsraildə karantin rejimi gücləndirilir
Ağsuda keçmiş məhkumdan narkotik götürülüb
Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Bakıda moped ağaca çırpılıb: Bir ölü, 1 yaralı var
Yaponiyada daşqın qurbanlarının sayı artır
Bakıda tez-tez qəza baş verən yol kəsişməsində təhlükəsizlik tədbirləri görülüb (FOTO)
SOCAR AQŞ “Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsi elan edir
Əli Əhmədov: "Milli şura" üzvlərinin Azərbaycana atdığı böhtanlar erməni millətçilərinin əlində “tutarlı arqument” kimi istifadə olunur
Pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu necə tənzimlənəcək? - Normalar müəyyənləşdi
Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI
Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı (VİDEO)
Səudiyyə Ərəbistanında koronavirusa 4 mindən çox yoluxma olub
Komitə: “Şuşa şəhərciyi”ndə heç bir yanğın hadisəsi baş verməyib
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Bağlanmış 4 bankın əmanətçilərinə 181,4 milyon manat kompensasiya ödənilib
AZAL yenidən vətəndaşlara müraciət etdi
BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb
Bolqarıstanda fövqəladə vəziyyət rejimi uzadıldı
Qızılağac milli parkında yanğın baş verib
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü
Magistral su xətti zədələnib: Hövsana içməli suyun verilməsi dayandırıldı
Nazirlik COVİD-19-la mübarizəni gücləndirmək məqsədilə xüsusi işçi qrupu yaratdı
Ağsuda yas mərasimi keçirənlər məsuliyyətə cəlb edildi (FOTO)
AQTA antisanitar şəraitdə fəaliyyət göstərən daha bir kafe aşkarladı (FOTO)
"Yeni Klinika"da indiyədək 1200 koronaviruslu xəstə stasionar müalicə alıb
Daha 4 rayona prokuror vəzifəsini icra edən şəxslər təyin edildi
İyulun 7-də dolların manata qarşı məzənnəsi
ÜST-ün Azərbaycan Nümayəndəliyi işçi axtarır
"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb
Ön xətt bölmələrinin döyüş və mənəvi-psixoloji hazırlığı yoxlanılıb (FOTO)
Samuxda piknik edən 9 nəfər cərimələndi (FOTO)
Daha 200 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı (ÖZƏL)
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklarla bağlı Nazirlər Kabinetinə məktub ünvanlayıb
Neftçalada içməli su problemini aradan qaldırmaq üçün su çənləri quraşdırılıb (FOTO)
Gəncədə maarifləndirmə xarakterli reydlər davam edir (FOTO)
Avropa İnvestisiya Bankı: Azərbaycanda biznesə dəstəyi əsas tərəfdaşımız olan “AccessBank”la həyata keçiririk
AQTA 68 müəssisədə kobud qayda pozuntusu aşkarladı (FOTO)
ABŞ-da son sutkada 49 mindən çox yoluxma qeydə alındı
Bakıda gizli fəaliyyət göstərən “Play Station” zalı aşkarlanıb (FOTO)
Şəmkirdə stolüstü oyunlar təşkil edən çayxana sahibləri həbs edildi (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib
Bütün xəbərlər