Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır

Komitə sədri: Əhalinin sağlamlığı və sosial müdafiəsi ön plandadır

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı şəhəri Xətai rayonunun ərazisində quraşdırılmış 800 yerlik modul tipli hospitalın açılışı zamanı Prezident İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verdi. Bu müsahibədə bir çox istiqamətlər üzrə aktual məsələlərə real, müdrik və cəsarətli mövqe sərgiləyən dövlət başçımız yenə də əhalinin sağlamlığının və sosial müdafiəsinin ön planda olduğunu vurğulayaraq, bu sahədə görülən və görüləcək işlər barədə ətraflı məlumat verdi.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident bir daha vətəndaşlarımıza, eləcə də dünyaya bəyan etdi ki, Azərbaycan sosial dövlətdir, istənilən ekstremal şəraitdə əhalinin sosial müdafiəsini təmin etmək bizim ümdə vəzifəmizdir və buna bizim maddi imkanlarımız yetərincədir:

“Cənab Prezidentin qeyd etdiyi kimi, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə ardıcıl, sistemli və kompleks şəkildə aparılır. Mübarizə tədbirləri içərisində heç şübhəsiz ki, tibbi və əksepidemik tədbirlər ön plandadır və bütün proses dövlət rəhbərinin nəzarəti altındadır.

Koronavirus epidemiyasının fəsadlarının qarşısının alınmasında önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür və biz ötən zaman çərçivəsində bunun əhəmiyyətini real həyatımızda hiss etdik. Bu ilin martında cənab Prezident mövcud xəstəxana potensialının bir hissəsinin koronavirus xəstələrinin müalicəsi üçün ayrılması barədə tapşırıq verməklə yanaşı, 2000 çarpayı yeri olan 10 ədəd modul tipli xəstəxananın alınıb gətirilib quraşdırılması haqqında sərəncam imzaladı və bu məqsədlə büdcədən 100 milyon manatdan artıq vəsait ayırdı.

O zaman koronavirusa gündəlik yoluxma halları çox aşağı idi və çoxumuz modul xəstəxanalara ehtiyac olmayacağını düşünürdük. Zaman göstərdi ki, cənab Prezidentin önləyici addımı nə qədər düzgün və faydalı oldu. İndi ölkənin 45 xəstəxanası bu xəstəliyə tutulanların müalicəsinə cəlb olunub, amma yenə yerlər çatışmır. Yaxşı ki, modul xəstəxanalar tikildi və bu yarana biləcək gərginliyin qarşısını xeyli almış oldu.

Cənab Prezident bu müsahibəsində bir daha bəyan etdi ki, "iqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Bununla belə, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi".

Komitə sədri vurğulayıb ki, bu, Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisi olmaqla yanaşı, dövlət rəhbərinin öz doğma xalqına inamının ifadəsi kimi çox qiymətlidir:

“Doğrudan da, pandemiya dövründə sosial müdafiə sahəsində nəinki axsama, geriləmə olmadı, əksinə digər sosial ödənişlərdən əlavə, 600 min manatlıq sosial müdafiə zərfi ehtiyacı olanlara təqdim edildi və həyata keçirildi. Bu il üçün nəzərdə tutulan sosial layihələr tərtib olunanda, təbii ki, koronavirus epidemiyası barədə məlumatlar belə yox idi və ölkənin 2020-ci ildə daha böyük həcmdə büdcə və ümummilli gəlirləri proqnozlaşdırılmışdı. Koronavirus pandemiyası ilə əlaqədar bir çox dövlətlər planlaşdırdıqları layihələri, o cümlədən sosial yönümlü layihələri məhdudlaşdırmalı, yaxud təxirə salmalı oldular. Azərbaycan Prezidenti isə heç bir sosial layihənin dayandırılmayacağını, əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələrin keçən ilə nisbətdə daha geniş olacağını bəyan etdi. Bu fikirləri iyulun 6-da verdiyi müsahibəsində bir daha diqqətə çatdıran cənab Prezident qeyd etdi ki, Azərbaycan sosial dövlətdir və bizim dövlətin çox etibarlı sosial müdafiə sistemi qurulub.

Cənab Prezident müsahibəsində aztəminatlı insanların sosial müdafiəsinin dövlətimizin daxili siyasətinin prioritet istiqaməti olduğunu bir daha xatırladaraq bildirdi ki, bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Bu il də əvvəlki illərdə olduğu kimi şəhid ailələri, müharibə əlilləri, hərbçilər dövlətimizin qayğısı ilə əhatə olunacaqlar: şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək.

Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. Dövlətin aztəminatlı ailələrə maliyyə dəstəyi davam edəcək, 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaqdır. Bəzi sosial şəbəkə "qəhrəmanları" və beşinci kalonun ünsürlərinin sevincinə rəğmən, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Cənab Prezidentin bu inamlı bəyanatı, xalqımızın gələn il də sosial təminat və sosial rifah içərisində yaşayacağının xoş müjdəsi olmaqla yanaşı, erməni dəyirmanını işlədən satqın antimilli ünsürlərin ağzına vurulan tərs şapalaq effekti verdi!”.

SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
Loading Bars
Xəbər lenti
Türkiyədə daha bir zəlzələ olub
Bakıda anqarda yanğın olub
Çinin şimal-qərbində 4,8 bal gücündə zəlzələ baş verib
Tovuzda top mərmisi aşkar edilib (FOTO)
Moskvada koronavirusdan daha 14 nəfər ölüb
Hindistanda təyyarə sərt eniş edib, 20 nəfər ölüb
Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib
"Mançester Siti" Çempionlar Liqasının 1/4 finalına yüksəlib
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 221 min nəfəri ötüb
Vaqif Dərgahlı: Sarqsyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır
Bakıda 13 yaşlı oğlan dənizdə batıb
SOCAR Hacıqabulda qaz kəmərində baş verən partlayışın ilkin səbəbini açıqlayıb (ƏLAVƏ OLUNUB)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Xarici İşlər naziri Ceyhun Bayramov “Hədəf”in suallarını cavablandırıb
Hacıqabulda partlayış baş verib (VİDEO)
İdman yarışlarına icazə verilir
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
Nazirlər Kabineti 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verib
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edilir
Sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda fəaliyyətinə icazə veriləcək sahələr - SİYAHI
Azərbaycanda xüsusi karantin rejimi növbəti dəfə yumşaldılır
Macarıstanın Baş naziri qeyri-leqal miqrantları "bioloji silah" adlandırdı
Sahibkarlıq subyektlərində növbəti nəzarət tədbirləri keçirilib
Bank Respublika Neftçala sakinlərinə içməli su təminatı ilə bağlı dəstək oldu! (FOTO)
Pandemiyanın ölkənin sosial-iqtisadi həyatına təsirlərinin minimumlaşdırılması davamlı xarakter daşıyır - Azər Badamov
“Qobu park-3"də məcburi köçkünlərin yerləşdirilməsi başa çatmaq üzrədir
SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə edib (FOTO)
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
“TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir (VİDEO)
Fransalı ekspert: Livandakı partlayış neft bazarına təsir etməyəcək
Neftçalada xəstə olmayan adamlara saxta arayış satan baş həkim tutuldu (VİDEO)
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsinə start verilir
Yol polisi paytaxtdan rayonlara getməyə cəhd edənlərə müraciət etdi
FHN Sumqayıtda zavodda baş verən yanğınla bağlı məlumat yayıb
BNA: Yollardakı sıxlıq avtobusların intervalına mənfi təsir edir (FOTO)
Bəxtiyar Əliyev: Pandemiyaya baxmayaraq, ölkə iqtisadiyyatının dayanıqlılığı və əhalinin sosial müdafiəsi təmin olunub
Rusiyada şərablı dondurma istehsal edilib
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
AQTA 103 obyektdə nöqsan aşkarladı
Roma papası Livana maliyyə yardımı edib
BFB qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmini açıqlayıb
Qabiliyyət imtahanı verəcək abituriyentlərin qeydiyyatına başlanılır
Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit
Bu il baş verən yanğınlarda 23 nəfər həlak olub
Peşə məktəblərinə tələbə qəbulunun vaxtı açıqlanıb
Avqustun 10-da dolların manata qarşı məzənnəsi
“Vətənin müdafiəsinə hazırıq” adlı onlayn görüş keçirilib
Ərdoğan: Beyrutda partlayış nəticəsində yaralananlar Türkiyədə müalicə oluna bilərlər
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Zirə qəsəbəsinin yaşayış massivləri qazlaşdırılır (FOTO)
AzTV-nin yeni sosial çarxı - "Mən səni Azərbaycan qədər sevirəm" (VİDEO)
Polis paytaxtda reydlər keçirib
Ölkə ərazisinə 30 kiloqramdan çox narkotik vasitənin gətirilməsinin qarşısı alındı (FOTO/VİDEO)
Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Şəhid vərəsələrinə birdəfəlik ödəmə proqramı 100 faizə yaxın icra olunub
SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilir
Azərbaycanda koronavirusa yoluxanların sayı 129-a qədər azalıb, 421 nəfər isə sağalıb
Azərbaycanda dövlət qeydiyyatına alınmış dini qurumların sayı açıqlandı
Hakimliyə namizədlər yazılı imtahan veriblər
21 adda dini kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir
ÜST Livana 15 milyon dollar yardım üçün dünya ictimaiyyətinə müraciət etdi
"AccessBank”ın simaları - İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Zəhra Zeynalova: Xanımlar işlərinə daha sadiqdirlər (FOTO)
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub
Kamaləddin Qafarov: Yeni idarəetmə sisteminə keçid iqtisadi islahatların növbəti mərhələsidir
Neftçalada Kürdə batan gəncin meyiti tapılıb
Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib (FOTO)
Hərbi hissələrdə ideoloji işə həsr edilən tədbirlər keçirilib (FOTO/VİDEO)
Komitə: Xaricdə azərbaycanlılara qarşı təxribat törədən ermənilərdən həbs edilənlər var
COVID-19-un ürəyə təsiri elmi tədqiqatlarla sübut edildi
Bakıda qəza: Avtobuslar gecikdi (FOTO)
Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib
Beyləqanda əxlaqsız yuva aşkar edilib
Bakıda və bölgələrdə "od tutub yanan" bağ evi qiymətləri
Azərbaycan İnvestisiya Holdinqi yaradılır - Fərman
Hindistanda koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib
PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün rahat ödəniş planı təklif edir!
Azərbaycan ağır pandemiya dövründə həm də sosial dövlətçilik siyasətini möhkəm ənənəyə çevirə bilmiş ölkə kimi tanındı - Ekspert
Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması işləri yekunlaşır (FOTO)
İranda koronavirusdan ölənlərin sayı 18 mini ötüb
Sumqayıtda zavodda baş verən yanğın söndürülüb
Azərbaycan nefti ucuzlaşıb
Rusiyada koronavirusa yoluxanların sayı 877 mini keçib
Ermənistanın Serbiya istehsalı olan silahlardan istifadə etməsinin araşdırılması ilə bağlı nümayəndə heyəti göndəriləcək
Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq
Rinqə qondarma rejimin bayrağı ilə çıxan erməni idmançı cəzalandırıldı
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü ilə əlaqədar BMT-nin Baş katibinə məktub göndərilib
Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
Şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə böyük diqqət yetirilir - Deputat
Mark Zukerberqin varidatı ilk dəfə 100 milyard dolları keçib
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib
Kürdə 1 nəfər batıb
13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki açıqlanıb
Cəlilabadda karantini pozan iki kafe aşkarlandı
Sumqayıtda baş verən yanğının ilkin səbəbləri açıqlanıb - RƏSMİ
Sumqayıtdakı yanğında yaralanların 6-sı Bakıya gətirilib (YENİLƏNİB)
Əliağa Vahidin 125 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)
Azərbaycanda restoranı “zooparka” çevirən sahibkar cəzalandırıldı
Nazir: İl ərzində çox az vətəndaş iş yerini müəssisənin ləğvi, ixtisar və öz ərizəsi olmadan itirir
Bütün xəbərlər