...

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

Siyasət Materials 23 İyul 2020 12:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti