...

Hikmət Hacıyev: Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik

Siyasət Materials 4 Oktyabr 2020 14:25 (UTC +04:00)
Hikmət Hacıyev: Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: “Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilənə qədər biz mübarizəmizi davam etdirəcəyik”.

H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti