...

Ceyhun Bayramovla əfqanıstanlı həmkarı arasında telefon danışığı olub

Siyasət Materials 6 Oktyabr 2020 10:52 (UTC +04:00)
Ceyhun Bayramovla əfqanıstanlı həmkarı arasında telefon danışığı olub

Bakı. Trend:

Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib.

C.Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının Milli Şurasının bəyanatlarına istinad edib.

Nazir həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycan şəhərlərini məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəymiş ziyan vurğulandı. Nazir bildirib ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti