...

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün kənardan hər hansı bir hərbi dəstəyə ehtiyacı yoxdur - Ekspert

Siyasət Materials 9 Oktyabr 2020 14:06 (UTC +04:00)
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün kənardan hər hansı bir hərbi dəstəyə ehtiyacı yoxdur - Ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Azərbaycanın kifayət qədər güclü ordusu var və işğal altında olan torpaqlarımızı geri qaytarmağa qadirdir. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün kənardan hər hansı hərbi dəstəyə ehtiyacı yoxdur.

Bunu Trend-ə beynəlxalq hüquq və geosiyasət üzrə ekspert Əfsər Sadıqov deyib.

Ə.Sadıqov bildirib ki, 27 sentyabrdan erməni təxribatı nəticəsidə ordumuz tərəfindən başlayan əks-hücum əməliyyatları uğurla davam edir:

“Rəsmi məlumatlardan da aydın olur ki, ordumuz torpaqlarımızın bir hissəsini artıq işğaldan azad edib, düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itkisinə məruz qalıb. Bundan əlavə düşmən hərbi texnikalarını və silahlarını döyüş meydanında qoyub qaçır. Belə olan halda Azərbaycanın xaricdən hər hansı bir hərbi dəstəyə ehtiyacı yoxdur.

Ermənilər sadəcə öz uğursuzluqlarını ört-basdır etmək üçün guya Türkiyənin Azərbaycana hərbi yardım göstərməsi ilə bağlı absurd iddiaları ortaya atırlar. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmağa çalışır.

Prezident İlham Əliyev Rusiya telekenalına müsahibəsində də bu məsələyə aydınlıq gətirdi. Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Yəni Türkiyə yalnız döyüş əməliyyatları başa çatandan sonra vasitəçilik missiyasında iştirak edə bilər.

Çünki indiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması bundan sonrakı dövrdə praqmatik yanaşmanın tətbiqinə əsas yaradıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti