Bakı. Trend:
Trend BİA beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağda baş verən hadisələr haqqında fasiləsiz şəkildə məlumatlandırır.
Türkiyənin TRT Arab telekanalına çıxışı zamanı Trend BİA-nın baş redaktoru Rufiz Hafizoğlu Azərbaycan ordusunun Ermənistan ordusunun onurğa sütununu sındırdığını bildirib.
Trend-in məlumatına görə, R.Hafizoğlu qeyd edib ki, artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçı və təxribatçı olduğunu bilir.