...

İtaliya-Azərbaycan Ticarət Palatası bəyanat yayıb

Siyasət Materials 11 Oktyabr 2020 16:53 (UTC +04:00)

Bakı. Trend:

İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı başlayan və mülki şəxslər və hərbçilər arasında itkiyə səbəb olan bütün hərbi hücumları kəskin şəkildə qınayır və hərbi əməliyyatlarda həlak olanların ailələrinə ürəkdən başsağlığı verir.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, ITAZERCOM beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının bütün erməni işğalçı qüvvələrini təcili, tam və qeyd-şərtsiz olaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonundan çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyü qətiliklə dəstəkləyir.

İtaliya-Azərbaycan Ticarət Palatası müstəqil, qeyri-hökumət, ikitərəfli biznes qurumu olaraq, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin bu cür qanuni çərçivədə həllinə tərəfdar olmağa çağırır və heç bir ara vermədən Azərbaycan-İtalyan iş dünyası çərçivəsində daha da güclü şəkildə qarşılıqlı əməkdaşlığı və dostluğu təşviq etməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti