...

BMT-nin qətnamələrini Azərbaycan özü icra edir

Siyasət Materials 21 Oktyabr 2020 11:56 (UTC +04:00)
BMT-nin qətnamələrini Azərbaycan özü icra edir

Bakı. Trend:

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatı nəticəsində ordumuzun başladığı əks-hücum əməliyyatları Ermənistan ordusuna həm hərbi texnika, həm də canlı qüvvə baxımından böyük itkilər yaşadıb.

Artıq ərazilərimizin bir hissəsi erməni işğalından azad edilib və cənab Prezident İlham Əliyev hər gün xoş xəbərlərlə Azərbaycan xalqını sevindirir. Bu gün Azərbaycan haqq yolundadır və beynəlxalq qanunlara uyğun olaraq öz torpaqlarını erməni işğalından azad edir. Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında sıx birləşib və qələbə günün çox yaxında olduğuna inanır.

Ordumuzun bu qələbələri Ermənistana ağır hərbi zərbə vurmaqla yanaşı ölkə daxilində ciddi sosial-iqtisadi və siyasi böhrana da səbəb olub, ölkə xaosa doğru gedir.

Ermənistan müharibə başlayacağı tədqirdə diplomatik vasitələrdən istifadə edərək Azərbaycanı dayandıracağına ümid edirdi. Lakin göründüyü kimi Ermənistanın bu cəhtləri baş tutmadı. Çünki Azərbaycan son illər ərzində diplomatik sahədə də kiyfayət qədər ciddi naliyyətlər əldə etmişdi.

Cənab Prezident İlham Əliyev dünyanın ən ali tribunalarından erməni yalanlarını ifşa etmiş və Azərbaycanın haqlı mövqeyini, münaqişənin sülh yolu ilə həll edilməyəcəyi tədqirdə Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad etmək hüququnu özündə saxladığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı. Bu gün Azərbaycan həmin hüqqundan istifadə edir, BMT-nin qətnamələrinin icrasını Azərbaycan özü yerinə yetirməyə başlayıb və ona görə də kimsənin Azərbaycana irad tutmağa nə haqqı, nə də arqumenti var.

BMT-nin 874 saylı qətnaməsində deyilirdi ki, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilsin. Artıq Azərbaycan Ordusu Füzuli və Cəbrayılı işğaldan azad edib.

884 saylı qətnamədə isə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən çıxarılması tələb olunurdu. Azərbaycan Ordusu bu qətnaməni də icra edir, Zəngilan işğaldan azad olunub.

Əlbəttə ki, Azərbaycan Ordusunun bu uğurları Ermənistanda daxili siyasi böhranı dərinləşdirib. Separatçılarla Ermənistan müdafiə nazirlikləri arasında fikir ayrılıqları yaranıb, vəziyyətlə bağlı fərqli açıqlamalar vermələri də siyasi böhranın nişanələridir. Digər tərəfdən Paşinyanın “qarabağ klanı” və daşnaklarla gizli görüşləri siyasi böhranın və fikir ayrılığının kifayət qədər dərin olduğunu göstərir.

Bütün bunlar göstərir ki, Paşinyan nəzarəti itirir, ölkə xaosa doğru gedir. Çünki Ermənistanın döyüşlərdə ciddi itkilər verərək məğlub olması, həmçnin diplomatik sahədə gözləmədiyi uğursuzluğa düçar olması ölkə daxilində ciddi narazılığa səbəb olub. Hadisələrin gedişatı Ermənistan üçün yaxşı heç nə vəd etmir, Ermənistan məğlubiyyətə məhkumdur.

Paşinyanın faşist ideologiyasının, düşüncəsiz siyasətinin axırı belə də olmalı idi. Cıdır düzündə yallı gedən Paşinyan indi anlasın və görsün ki, başqasının torpağına göz dikməyin sonu, nəticəsi necə olur.

Elçin Mehdiyev
Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti