...

Düşmənin öz mövqelərini irəli çəkməsi barədə yaydığı məlumat dezinformasiyadır - MN

Siyasət Materials 2 Noyabr 2020 17:30 (UTC +04:00)
Düşmənin öz mövqelərini irəli çəkməsi barədə yaydığı məlumat dezinformasiyadır - MN

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Bildirilib ki, buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti